“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi
(®) “Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqdadır.
Mobil operator növbəti rəsmi və yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib.
Müasir avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir.
Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək.
Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















