Daha çox maaş həyat sığortasına köçürülüb - 116 MiLYONLUQ ARTIM
2017-ci illə müqayisədə 2018-ci il ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 305 milyon 700 min manat sığorta haqları toplanıb. Bu, 2017-ci illə müqayisədə 72% çoxdur.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortasında artımın əsas səbəbi həyatın yaşam sığortası (həyatın yığım sığortası) üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Belə ki, 2018-ci ildə həyatın yaşam sığortası üzrə 253 milyon 943 min manat sığorta haqqı toplanıb. 2017-ci ildə həyatın yaşam sığortası üzrə 137 milyon 927 min manat sığorta haqqı toplanmışdı. Beləliklə, bu növ üzrə yığımlar 116 milyon 16 min manat və ya 84% artıb.
3 həyat sığortası şirkəti tərəfindən icbari həyat sığortası üzrə 35 milyon 292 min manat sığorta haqqı yığılıb. 2017-ci ildə bu məbləğ 33 milyon 165 min manat təşkil etmişdi.
Ötən il “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 264 milyon 988 min manat, “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən 60 milyon 107 min manat, “Qala Həyat” Sığorta Şirkəti tərəfindən isə 15 milyon 897 min manat sığorta haqları hesablanıb.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 14 saat sonra
-
-
2 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
3 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























