“Günay Bank”da şirkətlərin və sahibkarların hesablarındakı pullar kəskin azalıb
“Günay Bank”ın depozit portfeli azalmaqda davam edir.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə “Günay Bank”da cəmi depozitlər 15 milyon 600 min manat və ya 18,1% azalaraq 70 milyon 461 min manata düşüb. 2017-ci ilin sonunda Bankda depozitlər 86 milyon 61 min manat təşkil etmişdi.
O cümlədən, ilik müqayisədə xarici valyutadakı cəmi depozitlər 50 milyon 481 min manatdan 27 milyon 283 min manata geriləyib (2018-ci il ərzində 23 milyon 198 min manat azalma).
Həm şirkətlər, həm də fiziki şəxs olan sahibkarlar pullarını “Günay Bank”dan geri götürüblər.
Beləki, illik müqayisədə fiziki şəxslərin tələbli depozitləri təxminən 3 dəfə və ya 5 milyon 999 min manat azalaraq 9 milyon 16 min manatdan 3 milyon 17 min manata, hüquqi şəxslərin tələbli depozitləri isə təxminən 2,8 dəfə və ya 31 milyon 786 min manat azalaraq 49 milyon 424 min manatdan 17 milyon 638 min manata geriləyib.
O cümlədən, hüquqi şəxlərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 3 milyon 972 min manata düşüb (20 milyon 358 min manat azalma). Fiziki şəxlərin xarici valyutadakı tələbli depozitləri 5 milyon 354 min manatdan 1 milyon 421 min manata geriləyib (3 milyon 933 min manat azalma).
“Günay Bank”da əhalinin əmanətləri isə 1,8 dəfə və ya 22 milyon 187 min manat artaraq 27 milyon 621 min manatdan 49 milyon 799 min manata qalxıb. Xarici valyutadakı əmanətlər cəmi 1 milyon 92 min manat artaraq 21 milyon 890 min manata yüksəlib.
Şirkətlərin və sahibkarların hesablarından pullarını geri götürmələri müxtəlif səbəblər ilə bağlı ola bilər.
Şirkətlərin və ya sahibkarların hesablarındakı pulları öz məqsədləri üçün geri götürdükləri, yoxsa, "Günay Bank"dakı hesabları üzrə əməliyyatları azaltdıqları və ya bank ilə əməkdaşlığı dayandırdıqları açıqlanmayıb. Rəqəmlərdən məlum olan budur ki, fiziki və hüquqi şəxslər ən çox xarici valyutadakı vəsaitlərini "Günay Bank"dan çıxardıblar. Eyni zamanda, xeyli məbləğdə milli valyutakı vəsaitlər də geri götürülüb.
Xəbər verdiyimiz kimi, “Günay Bank” 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Ətraflı: “Günay Bank”ın 2018-dəki vəziyyəti məlum oldu - 3 DƏFƏDƏN ÇOX AZALIB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















