"MasterCard" 570 milyon avro cərimələndi
Avropa Birliyi (AB) Komissiyası, pərakəndə satıcıların (tacirlərin, ticarətçilərin) xarici ödəmə sistemlərinə daxil olmalarını əngəllədiyi üçün "MasterCard"ı 570 milyon avro (1 milyard 100 milyon manat) cərimələyib.
"Marja" xəbər verir ki, AB Komissiyası, "MasterCard" barəsində 2013-ci ildə başlamış istintaqın başa çatdığını açıqlayıb.
Açıqlamada, "MasterCard"ın, tacirlərin Tək Bazarda başqa bölgələrdə yaradılmış banklar tərəfindən təqdim olunan, daha yaxşı şərtlərə malik variantlardan istifadələrini məhdudlaşdırdığının aşkar olunduğu qeyd edilib.
Sözügedən qaydanın AB-nin anti-monopoliya qaydalarına zidd olduğuna diqqəti çəkilən açıqlamada, "MasterCard"ın 570 milyon avro cərimələndiyi bildirilib.
AB Komissiyasının Rəqabətdən Məsul üzvü Margrethe Vestager, məsələyə münasibət bildirərək deyib: "MasterCard"ın qaydaları, tacirlərin, digər üzv ölkə banklarının təqdim etdiyi daha yaxşı şərtlərdən istifadə etmələrini əngəlləyib. Bu vəziyyət, süni olaraq kart ödəmələrinin dəyərini yüksəldib, AB-dəki istehlakçı və pərakəndə satıcıları zərərə uğradıb",- ifadələrini istifadə edib
AB-də fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd bir vəziyyət olub olmadığını nəzarət səlahiyyəti AB Komissiyasındadır. Komissiya sözügedən araşdırmada rəqabətə və ya antimonopoliya qanunlarına zidd bir hal aşkar edərsə şirkətlərə cərimə tətbiq edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















