Azərbaycan Rusiya qarşısında 1,2 milyard dollar mənfidədir
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatından məlum olur.
Hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya 665 mln. 741 min dollar dəyərində məhsul ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ildə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb”, - hesabatda bildirilir.
2018-ci ildə Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 885 mln. 165 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 21,3% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,7% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, 2018-ci ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 1 mlrd. 219 mln. 443 min dollar təşkil edib.
2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 141 mln. 283 min dollar təşkil etmişdi ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çox idi 2017-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)







.jpg)






