Prezident Administrasiyasına "qənaət tapşırığı"
Milli Elmlər Akademiyasının institutlarında ixtisarlar aparıla bilər.
"Marja" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
Fərman ilə Prezident Administrasiyasına tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etsin.
Həmçinin Administrasiyaya, hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 2 d. əvvəl
-
-
12 d. əvvəl
Süni İntellekt Əsaslı Çağrı Mərkəzlərinin Rəqəmsal Transformasiyada Rolu
-
21 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 49 d. əvvəl
-
55 d. əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Ən çox oxunanlar
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır




















