Vestel - Yeni konseptlə Bakıda yeni ünvanda
(®) Azərbaycanda əhatə dairəsini genişləndirməyə davam edən, daima böyüməyə və müştəriləri qarşısına yeni təkliflərlə çıxmağa can atan Vestel-də yeniliklər bitmir.
Belə ki, Vestel yeni konsepti ilə yeni ünvanda insanlara daha yaxın və daha əlçatan olacaq.
İndi sevimli brendin ən son innovativ məhsulları öz alıcılarını şəhərin mərkəzində yerləşən "Vurğun Residence" yaşayış kompleksindəki (Səməd Vurğun küç., 110) "Optimal Live" şou-rumunda gözləyir.
Bu şou-rumda Vestel-in texnoloji yeniliklərinin geniş çeşidi ayrı-ayrı bölmələr şəklində nümayiş olunur. Televiziya və rəqəmsal işarət ekranları bölməsində istifadəçilərin real həyatda gördüyü rəng və parlaqlığı təmin edən Vestel OLED TV, sərhədsiz televiziya ideyasının daşıyıcısı ultra-dar çərçivəli UHD TV və professional panellərə sahib Vestel Rəqəmsal İşarət Ekranları ilə tanış olmaq mümkündür.
Uzaqdan mobil telefonunuzla belə idarə edə biləcəyiniz və bütün ekosistemlərlə inteqrasiya halında çalışan məhsullar isə Vestel-in qlobal Ağıllı Ev/Smart Room platformasının bir hissəsidir. Vestel-in ən diqqətəlayiq üstünlüklərindən biri əlil vətəndaşların məişət texnikası istifadəsini asanlaşdıran xüsusiyyətlərlə (Braille əlifbası ilə izah olunan düymələr, səsli və işarət dili ilə izahatlı videolar) təchiz olunmuş məhsullar da bu şou-rumda nümayiş olunur. Gözdən əlillər üçün “Vestel Səsli Pult” layihəsi isə Vestel Smart TV-dəki əsas funksiyaların asan istifadəsi məqsədi ilə hazırlanıb.
Sobalara ayrılmış bölmədə ziyarətçiləri böyük ailələrin belə bütün tələblərini ödəməyə hazır texnoloji yeniliklər qarşılayır. Məsələn, patentli Heat Wrap texnologiyası sayəsində eyni anda bişən 3 ayrı sinidəki yeməyin qoxusu bir-birinə qarışmır. İsti Hava Qalxanı texnologiyası ankastre sobalardakı əsas problemi – sobanın qapısı açılan kimi istifadəçinin isti havaya məruz qalmasını – aradan qaldırır. 151 avtomatik proqrama malik AFB-1004 smart sobası isə hansı yeməyin hansı rejimdə bişiriləcəyi suallarına son qoyur.
Şou-rumda nümayiş olunan geniş həcmli XXL, Retro və Combi soyuducu seriyaları mətbəxin növündən asılı olmayaraq bütün azərbaycanlı ailələrə uyğun gəlir. Həm də vakuum texnologiyalı soyuducu ərzaqların 7 qat daha uzun rəf ömrünü təmin edərək ailə büdcəsində qənaət etməyə kömək olur.
Xüsusi olaraq hazırlanmış PyroJet texnologiyalı Vestel paltaruyan maşını bazardakı ən az illik su və enerji istifadəsi dəyərlərinə malikdir. Həmçinin, bu texnologiya ilə 8 kq yük A sinfi yuma ilə cəmi 90 dəqiqə ərzində yuyula bilir. Vestel-in innovativ paltaryuyanları ən yeni qurutma maşınları ilə dəstəklənir. Müştərilər hər iki çeşidlə yeni ünvanda tanış ola bilərlər.
Vestel təkcə evin içini yox, iş həyatını düşünən innovasiyaları ilə də seçilməyi bacarır. Vestel interaktiv düz panel ekran istifadəçilərin lövhə üzərində qələmlə və ya barmaqla yazı yazmaq imkanını LED sensorlu ekran texnologiyası ilə təklif edir. Şou-rumun ziyarətçiləri bu ekranın digər üstünlüklərini şəxsən sınaqdan keçirə bilərlər.
Azərbaycan xalqını həmişə ən keyfiyyətli, ən son texnologiyalı məhsulları ilə təmin etməyi arzulayan, xidmətin ən yüksək səviyyəsini təklif edən Vestel yeni ünvanında da öz fəaliyyətini dəyişməz prinsiplərinə uyğun davam edəcək.
Vestel dünyanın hər yerində öz texnologiyalarını insanlara ən qısa müddətdə çatdırmaq, daima əlçatan etmək üçün dayanmadan çalışır. Şəhərin mərkəzindəki yeni məntəqə də bu istiqamətdə atılan növbəti uğurlu addımdır.
Çağrı Mərkəzi: (+994) 12 954
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
6 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
6 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
8 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
8 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım


























