Türkiyə Mərkəzi Bankının faiz qərarı diqqət mərkəzində - GÜNƏ BAXIŞ

Bu həftənin ikinci ən önəmli hadisələrdən biri TCMB-nin faiz qərarının maliyyə bazarlarında volatilliyin artmasına səbəb ola biləcəyi gözlənilir.
Beynəlxalq valyuta birjalarında İngiltərə parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit planının qəbul olunmaması, dünyada siyasi və iqtisadi risklərin də artmasına səbəb olacağı gözlənilir.
Böyük Britaniyanın İcmalar palatası Tereza Mey hökumətinin ölkənin Avropa Birliyindən çıxmaqla bağlı təqdim etdiyi planı fonunda keçirilən debatlardan sonra qanun layihəsinin əleyhinə 402 deputat səs verib. Tereza Mey sadəcə 202 parlament üzvünün dəstəyini qazana bilib. Bundan öncə Lordlar palatasında keçirilən analoji səsvermə zamanı da təqribən eyni nəticə (302 əleyhinə, 152-lehinə) qeydə alınmışdı. İndi İngiltərəni AB-dən daha sərt ayrılma şərtləri gözləyir.
Avropa Birliyi də özünü bu hadisəyə hazırlayıb. Keçən il dekabırın 19-da AB Komissiyası İngiltərənin hər hansı saziş olmadan ayrılması halında təcili tədbirlər planının hazır olduğunu xəbər etmişdi.
Qeyd etmək lazımdır ki, Breksit ilə bağlı ən son plan Tereza Mey hökuməti tərəfindən keçən ilin noyabrında təsdiq olunmuşdu. Həmin layihə əsasında, İngiltərə bu ilin mart ayının 29-da AB-ni qəti olaraq tərk etməli idi.
Bütün bunlar Amerika Mərkəzi Bankının (FED) faiz artımı gözləntilərinə də mənfi təsir etməklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb ola bilər.
Təhlillərə əsasən, hal-hazırda keçən həftənin minimum səviyyəsi üzərində ticarət edilən dolların aparıcı valyutala nisbətən qiymətləri, minimum səviyyəni yenidən aşağı istiqamətdə qırarsa, dollarda ucuzlaşma son yarım ilin minimum səviyyəsinə kimi davam edə bilər.
TCMB-nin faiz qərarı diqqət mərkəzində
Bununla yanaşı, bu gün investorların diqqət mərkəzində olan digər bir hadisə Bakı vaxtı ilə saat 15:00-da yayımlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarıdır. TCMB faizlərində azalmaya gedərsə, USD/TRY məzənnəsi yenidən 5.54TL-yə kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
