Macron-dan fransızlara açıq məktub
Fransa Prezidenti Emmanuel Macron məktubunda, 15 Marta qədər sarı jiletlilərin səsləndirdikləri problemlərə həll tapmaq üçün vətəndaşların da iştirakı ilə ölkə daxilində müzakirələrin aparılacağını bildirib.
Fransa Prezidenti Emmanuel Macron, şiddətli hadisələrin ortaya çıxmasına səbəb olan "sarı jiletli"lərin etirazları ilə bağlı fransızlara açıq məktub yazıb.
Məktubunda, ölkədə bəzi vətəndaşların vergilərin yüksək, ictimai xidmətlərin qeyri-kafi olması, maaşların aşağı və insani şərtlərdə yaşamanın çətinliyi səbəbləri ilə hirslərinin fərqində olduğunu qeyd edən Macron, yalnız Fransada deyil, eyni zamanda Avropada da insanların narahatlıq daşıdığını, bu səbəblə problemlərə həll tapılması lazım olduğunu söyləyib.
Macron, ancaq bunun üçün şiddətdən yayınmaq lazım olduğunu vurğulayıb.
Ölkənin seçilmiş insanlarının təhqir edilməsini, jurnalistlərin günahlandırılmasını, rəsmi təşkilatların hücuma məruz qalmasını qəbul edə bilməyəcəyini vurğulayan Macron, "sarı jiletli"lərin etirazlarına səbəb olan problemlərə həll tapmaq üçün 15 Marta qədər vətəndaşların da iştirakı ilə ölkə miqyasında müzakirələrin aparılacağını bildirib.
Macron, fransızların bu müzakirələrdə ölkədəki problemlərə bağlı fikirlərini və təkliflərini bildirə biləcəklərini deyib.
İşsizliklə mübarizənin özü üçün prioritetli bir mövzu olduğuna işarə edən Macron, ədalətsizlikləri aradan qaldırmaq üçün yeni bir ictimai sistemin qurulması lazım olduğuna inandığını da qeyd edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























