“Bank BTB”nin ödəniş kartlarının üstünlükləri!
(®) “Bank BTB” nağdsız əməliyyatlara üstünlük verən müştərilər üçün sərfəli şərtlərlə ödəniş kartları təklif edir. Universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü istifadə edə biləcəyiniz kartlar sahibinə həm ölkə daxilində, həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir.
Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır. “Bank BTB”nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", “İnternet Banking” və “Mobil Banking” xidmətləri kart sahiblərinin işini daha da asanlaşdıracaq.
“Card-to-card” xidməti vasitəsilə günün istənilən vaxtı bir kart hesabından digər karta pul göndərə və ya qəbul edə bilərsiniz.
“Cash by Code” xidməti ilə qısa müddət ərzində istənilən şəxsə bankomat vasitəsilə pul göndərmək mümkündür. Bunun üçün pul vəsaitini göndərən tərəfin kartının olması kifayətdir. Pul vəsaitini qəbul edən tərəf isə kart olmadan nağd vəsaiti asanlıqla əldə edə bilər.
"SMS Notification" xidməti müştərilərə hesab üzrə əməliyyatlar və son hesab qalığı barədə dərhal “sms” vasitəsilə məlumat əldə etmək imkanı verir. Bu həm hesaba nəzarət etmək, həm də kart başqa şəxs tərəfindən istifadə edildikdə dərhal xəbərdar olmaq üçün əlverişlidir.
"3D Secure" xidməti bank kartı ilə həyata keçirilən ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaqla təhlükəsizliyi təmin edən texnologiyadır.
"PIN Change" xidmətindən istifadə edərək kart sahibləri ödəniş kartının şəxsi eyniləşmə nömrəsini (PIN-kod) daha yadda qalan edə bilərlər. Bunun üçün bankomata yaxınlaşaraq mövcud PIN-kodu yeni kodla əvəz etmək lazımdır.
Bundan başqa, “Bank BTB”nin kart sahibləri “Mobil Banking” və “İnternet Banking” xidmətlərini aktivləşdirməklə 24 saat real vaxt rejimində bank əməliyyatlarını asan, operativ və etibarlı şəkildə həyata keçirə bilərlər.
Qeyd edək ki, ödəniş kartı əldə etmək istəyən müştərilər “Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
14 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
15 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























