Rusiya iqtisadiyyatını dollarsızlaşdırmağa davam edir
Rusiya Mərkəzi Bankı, dolların valyuta ehtiyatlarındakı payını 46,3%-dən 21,9%-ə endirib.
Rusiya Mərkəzi Bankı, 2018-ci ilin ikinci rübündə 100 milyard dollarlıq ehtiyatını yuan və avroya çevirib.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən dərc olunmuş hesabatda, ölkənin beynəlxalq ehtiyatlarındakı pay bölgüsü qiymətləndirilib.
Rusiyanın beynəlxalq ehtiyatlarında dolların payı, keçən ilin ikinci rübündə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 24,4 bənd azalma ilə 21,9%-ə, avronun payı 6,9 bənd artımla 32%-ə, yuanın payı 0,1 bənd artımla 14,7%-ə yüksəlib.
Cəmi 100 milyard dollarlıq ehtiyat avro və yuan pul vahidlərinə çevrilib, dolların Rusiyanın ehtiyatlarındakı payı tarixin ən aşağı səviyyəsinə geriləyib.
Rusiya Baş nazirinin Birinci köməkçisi və Maliyyə naziri Anton Siluanov, bir müddət əvvəl verdiyi açıqlamada, ölkədəki neft və təbii qaz şirkətlərinin ödəmələrində dolların payının azaldılmasını nəzərdə tutan planı yaxında hökumətə təqdim edəcəklərini bildirmişdi.
Rusiya iqtisadi ikişaf naziri Maksim Oreşkin də Rusiya Maliyyə Nazirliyi və Rusiya Mərkəzi Bankı ilə birlikdə ölkə iqtisadiyyatının "dollarsızlaşdırılması" üçün müxtəlif addımlar atılacağını açıqlamışdı.
Rusiyanın beynəlxalq ehtiyatları 2008-ci ilin Avqust ayında 598 milyard dollarla tarixinin ən yüksək səviyyəsinə çatmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























