“PAŞA Sığorta” 100 milyon manatı keçdi
2016-cı il ərzində Azərbaycanda “PAŞA Holdinq”ə daxil olan 2 sığorta şirkətindən biri - “Paşa Sığorta” ASC-nin topladığı sığorta haqları 100 milyon manatdan çox olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, ötən il “Paşa Sığorta” ASC-nin yığımları 100 milyon 12 min 147,26 manat, ödənişləri isə 47 milyon 438 min 605,45 manat təşkil edib.
Ötən il 25 sığorta şirkəti tərəfindən toplanmış 486 milyon 74 min 279 manatlıq sığorta haqqının 20,5%-i il “Paşa Sığorta” tərəfindən hesablanıb.
“PAŞA Holdinq”ə daxil olan digər sığorta şirkətinin - PAŞA Həyatın yığımları 77 milyon 678 min 739 manat, ödənişləri isə 45 milyon 907 min 276 manat təşkil edib.
“PAŞA Holdinq”in sığorta şirkətləri tərəfindən 178 milyon manata yaxın sığorta haqları toplanıb.
2016-cı ilin yanvar-dekabr ayı üzrə ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında) | |||
№ | Sığortaçının adı | SığortaHaqları | SığortaÖdənişləri |
1 | “A-Qroup Sığorta Şirkəti” ASC | 12 784 855,23 | 7 893 530,95 |
2 | “AXA MBASK” Sığorta Şirkəti ASC | 21 968 752,00 | 9 789 514,49 |
3 | “Alfa Sığorta” ASC | 1 018 459,94 | 1 207 773,20 |
4 | “AtaSığorta” ASC | 9 288 975,37 | 3 542 428,80 |
5 | “Atəşgah Həyat” Sığorta Şirkəti ASC | 37 435 501,39 | 27 111 809,20 |
6 | “Atəşgah” Sığorta Şirkəti ASC | 39 814 927,05 | 15 733 201,47 |
7 | “AzSığorta” ASC | 22 720 978,28 | 7 753 019,05 |
8 | Dövlət Sığorta Kommersiya Şirkəti | 41 224 916,00 | 16 166 169,00 |
9 | “Azərbaycan Sənaye Sığorta” ASC | 6 414 551,09 | 3 254 066,24 |
10 | “Azərqarant Sığorta” ASC | 259 178,76 | 987,79 |
11 | “Bakı Sığorta” ASC | 941 365,90 | 669 780,00 |
12 | “Başak İnam Sığorta Şirkəti” ASC | 547 761,16 | 142 877,12 |
13 | “Beynəlxalq Sığorta Şirkəti” ASC | 3 674 680,77 | 4 077 248,91 |
14 | “Buta Sığorta” ASC | 593 950,50 | 1 294 179,42 |
15 | “GünaySığorta” ASC | 2 637 651,52 | 264 014,26 |
16 | “Mega Sığorta” ASC | 20 272 711,13 | 4 173 909,92 |
17 | “Paşa Həyat Sığorta” ASC | 77 678 739,32 | 45 907 276,26 |
18 | “Paşa Sığorta” ASC | 100 012 147,26 | 47 438 605,45 |
19 | “QalaHəyat” ASC | 31 737 938,00 | 21 959 718,00 |
20 | “Rəvan Sığorta” ASC | 1 018 518,88 | 855 039,07 |
21 | “Standard Insurance” Sığorta Şirkəti ASC | 20 326 929,76 | 8 607 733,68 |
22 | “XalqSığorta” ASC | 9 846 652,10 | 6 562 643,64 |
23 | “QalaSığorta” ASC | 4 643 567,35 | 0,00 |
24 | “İPƏK YOLU SIĞORTA” ASC | 19 148 016,96 | 2 653 176,77 |
25 | “AmrahSığorta” ASC | 62 553,51 | 191 913,23 |
YEKUN | 486 074 279,23 | 237 250 615,92 | |
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
-
5 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
1 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
1 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
1 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib

















