Palata bank sektorundakı vəziyyəti açıqladı - YENİ RƏQƏMLƏR
2018-ci ilin noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 827.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 579.7 milyon manat təşkil edib.Sektorun balans kapitalı isə 4 milyard 247.5 milyon manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yayadığı məlumata görə, 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 milyon manat), öhdəlikləri 0.2% (61.5 milyon manat), balans kapitalı isə 1.8% (75.5 milyon manat) artıb.
Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12 milyard 171.2 milyon manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 milyon manat) artıb.
Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 milyard 989.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 milyon manat) artım olub.
Cari ilin 11 ayı ərzində banklar 644 milyon manat əməliyyat mənfəəti, 306.3 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub.
Bank sektorunun işçi heyəti noyabr ayında 0.6% (110 nəfər) artaraq 17 321 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7.1% (1 150 nəfər) artıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















