Azərbaycan şirkətinin heyrətamiz ofisi – İŞÇİLƏR PS OYNAYIRLAR
“Huner Group” işçilərinə Azərbaycan standartlarından kənar ofis təqdim edir.
Yalnız müştəri məmnuniyyətini deyil, işçilərinin konforunu da ən yüksək səviyyədə qarşılamağı hədəfləyən "Huner Group" təəccübləndirməyə davam edir. “Hünər Qüllələri” ilə yaşayış binalarına meydan oxuyaraq “komplesklilik” anlayışına fərqlilik gətirən layihədən daha bir yenilik:
Günümüzün böyük hissəsini keçirdiyimiz ofislərin interyer dizaynı, abu-havası gündəlik həyatımıza, əhval-ruhiyyəmizə birbaşa təsir göstərir. Yaradıcı və unikal mühit isə işçilərin vəzifələrinə daha həvəslə və enerji ilə yanaşmasını təmin edir. Bütün bunları nəzərə alan Huner Group, Azərbaycan standartlarından tamamilə uzaq olan baş ofisində işçilərinə müxtəlif xidmət sahələri ilə konforlu işyerləri təklif edir. Məqsəd, görülən işin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmaq və mehriban kollektiv yaratmaqdır.
“Lala Akkiraz Interiors” şirkəti tərəfindən layihələndirilən ofis, interyer dizayn baxımından Google-un, Facebook-un, Apple-ın dünyaca məşhur ofislərindən heç də geri qalmayan konsept təqdim edir. 3000 m2 sahəni əhatə edən ofisə ilk daxil olduğunuzda sizi geniş və təbii işqlarla bəzədilmiş vestibül və mərkəzdə reseption xidməti qarşılayır. Üst mərtəbədə yerləşən ümumi işçi otağı, toplantı salonları və qonaqlar üçün nəzərdə tutulmuş gözləmə otaqlarının hər biri özünəməxsus üslubla dizayn edilmişdir. Vestibül də daxil olmaqla bütün otaqların təbii bitkilərlə dekor edilməsi ofisdə fərahlığı və təbiət motivlərinin hiss etdirir.
Canlı rənglərdən istifadə olunmuş konforlu oturacaqlar və divanlar ofisin ümumi interyerinə gözəllik qatır.
Bütün bunlarla yanaşı ofis daxilində işçilərin istifadəsi üçün nəzərdə tutulmuş kinozal, karaoke otağı, playstation salonu, qapalı mini futbol və basketbol meydançası və azyaşlılar üçün uşaq oyun zalı da xidmət göstərir. Belə ki, işçilər koridorda quraşdırılmış masalarda stolüstü tenis, playstation otağında ən son PS oyunları və qapalı meydançada futbol və ya basketbol oynayaraq stressdən azad ola bilərlər.
Xüsusi səs və görüntü sisteminə sahib kinozalda işlədikləri ofis daxilində ən yeni filmləri izləmək şansı qazanırlar. Həmçinin azyaşlı uşağı olan işçilərin də rahatlığı nəzərə alınıb. Belə ki, onlar ehtiyac olduğu zamanlarda uşaqlarını ofis daxilindəki oyun zalına etibar edərək rahatlıqla öz işlərinə davam edə bilərlər. Ofis daxilindəki geniş və nəfis dizaynlı kafe isə işçilərin və qonaqların xoş zaman keçirməsi üçün nəzərdə tutulub.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)




.jpg)


