İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti
Son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırma nəticələrini oxucularımıza təqdim edirik.
Araşdırmamızı yazıda xüsusi ilə qeyd edilən PAŞA İnşaatın sifarişi ilə podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan "Qobu Park" və "Pirallahı" yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başladıq. Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018 ci illər üzrə Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilmişdir. Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər "Baku Steel Company" MMC-dən 3690 ton armatur materialı alışı etmişdir.
Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHNin müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilmişdir. Bu tip yoxlamanın sonuncusu 12.12.2018ci tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim edilmişdir. (Laboratoriya yoxlama nəticələri araşdırmamıza əlavə edilir).
S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş





























