Artıq "Zolotaya Korona” pul köçürmələrini karta mədaxil etmək mümkündür!
(®) Azərbaycanda “Zolotaya Korona” pul köçürmələrini etmək daha rahat olub. İndi bu servisin müştəriləri Android və iOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulmuş mobil tətbiq üzərindən beynəlxalq köçürməni bank kartına mədaxil edə bilər.
Layihə “Expressbank” ASC ilə birgə əməkdaşlıq çərçivəsində “Zolotaya Korona” tərəfindən həyata keçirilib.
Xaricdən Azərbaycana göndərilən pul köçürmələrini Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin Azərbaycanın istənilən bankı tərəfindən emissiya edilmiş bank kartlarına mədaxil etmək mümkündür. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır.
"Zolotaya Korona"dan "Pul köçürmələri" mobil tətbiqi (+6) App Store-dan və Google Play-dən pulsuz yüklənir. Tətbiq yükləndikdən və təsdiqləndikdən sonra köçürməni karta tez və rahat bir şəkildə mədaxil etmək olur. Bunun üçün üç sadə addım atılmalı: “Karta mədaxil etmək” opsiyası seçilməli, vəsaiti alanın şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli və vəsaiti alanın bank kartının məlumatları yığılmalı. Vəsaitlər qeyd edilmiş karta köçürülür.
"Zolotaya Korona" ödəniş sistemi 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və Respublikanın 22 bankı, eləcə də dövlət müəssisəsi “Azərpoçt” ilə əməkdaşlıq edir. "Zolotaya Korona" beynəlxalq pul köçürmə xidmətləri Azərbaycanın bütün bölgələrində yerləşən 1500-dən artıq xidmət məntəqəsində təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















