"Ağ Şəhər"in ən bahalı mənzili - DAMDA HƏYƏTİ VAR – QİYMƏTİ
Bakının yeni yaradılan və elit hissəsi sayılan "Ağ Şəhərdə" ən bahalı mənzillərdən biri məlum olub.Bu yenicə təqdim edilmiş "Hünər qüllələri" binalarındakı penthauslardır.
"Hünər qüllələri" hər biri 20 mərtəbə olacaq iki binadan ibarətdir. Hər binada bir olmaqla kompleksdə ümumilikdə 2 penthaus satışa çıxarılacaq. Penthauslar ikimərtəbəli mənzillərdir və binaların sonuncu iki - 19-20-ci mərtəbələrində yerləşirlər. Mənzilin 19 və 20-ci mərtəbəsində yerləşən hissələri daxili pilləkənlərlə birləşdirilib.
Olduqca böyük sahəyə və təmtəraqlı şəraitə malik olan mənzillər öz göstəricilərinə görə, istənilən alıcını təəccübləndirə bilər. Belə ki, penthausun ümumi sahəsi 820 kvadratmetrdir. Təkcə qonaq qonaq otağının sahəsi az qala iki "sot"dur - 190 kvadratmetr.
Qonaq otağının tavanı açıqdır və həmin hissədə mənzilin tavanının hündürlyü 7 metrə çatır. Nəticədə müştəri qonaq otağı əvəzinə faktiki olaraq 190 kvadratmetr sahəsi və 7 metr hündürlüyü olan bir zala sahib olur. Belə şərait Bakıdakı əksər villalarda yoxdur. Penthausun həmin tərəfi bütöv - 7 metr hündürlüyündə şüşələrlə örtüləcək.
Penthausda 6 yataq otağı, bu otaqların hər birinin öz sanitar qovşağı var. Burada kitabxana, sinema salonu, evin xidmətçiləri üçün ayrıca otaq və onların ayrıca sanitar qovşağı var.
Mənzilin təkcə balkonu 70 kvadratmetrdir. Bura hər birinin sahəsi 30 kvadratetr olan və dənizə baxan iki böyük eyvan və sahəsi 4,8 və 5,2 kvadrametr olan 2 kiçik eyvan aiddir. Kiçik eyvanlar penthausun mətbəxi və kabinetdən açılır.
Penthausdan Bakının bütün tərəfinə, o cümlədən şəhərə və dənizə 360 dərəcə mənzərə açılır.
Amma penthausun ən maraqlı xüsusiyyəti onun həyəti ilə bağlıdır. Belə ki, penthausun sahibi təkcə bu mənzilə deyil, həm də binanın damında nəhəng - 450 kvadratmetrlik terrasa sahib olacaq. Hətta Bakıdakı əksər villaların torpaq sahəsindən böyük olan bu terras üzü dənizə baxır. Terrasda gül-çiçək yerləşdirmək, kabab barbekyu partiləri keçirmək, hətta idman qurğuları da quraşdırmaq və idmanla məşğul olmaq mümkündür. Buradan dənizə açılan mənzərəni təsvir etmək yersizdir.
Təmirsiz satılan penthausun hər kvadratmetri müştəriyə 4800 manata başa gələcək (820 kvadratmetrlik penthaus təxminən 3,9 milyon manat ). Bundan başqa, penthausla eyni mərtəbədə, binanın arxa tərəfinə baxan iki mənzil var. Penthaus sahibləri hər birinin sahəsi 95 kvadratmetr olan bu mənzilləri də ala bilərlər. Adətən belə mənzillər sürücü, mühafizəçi və sair yaxın əməkdaşlar üçün, ya da sadəcə təhlükəsizlik məqsədilə alınır.
Qeyd edək ki, “Hünər Qüllələri” ölkənin tikinti sektorunda məşhur olan "Huner Group" şirkətinin yeni layihəsidir və bir neçə gün əvvəl təqdim edilib.
Binada 3-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil müştərilərə tam təmirli şəkildə satılır. Layihənin baş məsləhətçisi qismində dünyanın tanınmış şirkəti “ATKINS” (Böyük Britaniya) çıxış edir.
Ağ Şəhər-də, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri” şəhərin 4 əsas prospektinə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Eləcə də bina "Xətai" və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasına da yaxındır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
5 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
6 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
6 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
6 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
7 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)








.jpg)






.jpg)


