Qlobal neft təklifi Noyabrda azalıb
Qlobal neft təklifi Noyabrda Oktyabr ayı ilə müqayisədə 360 min barel azalaraq gündəlik təxminən 101 milyon 100 min barelə geriləyib.
"Marja" Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına istinadən xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 100 min barel artaraq 33 milyon 30 min barelə çatıb.
Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 6 milyon 980 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 40 milyon 10 min barelə çatıb.
Noyabrda OPEC daxilində gündəlik ən çox istehsal artımı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərində (BAE) baş verib. Neft istehsalı Səudiyyə Ərəbistanında 410 min barel artımla 11 milyon 600 min barelə çatıb.
BƏƏ-nin gündəlik neft istehsalı da 110 min barel artımla gündəlik 3 milyon 330 min barel səviyyəsində reallaşıb.
Hesabata görə, keçən ay OPEC daxilində ən çox istehsal azalması isə İranda yaşanıb. İranın gündəlik neft istehsalı 310 min barel azalaraq 3 milyon 10 min barelə geriləyib.
Noyabrda OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı isə cəmi 61 milyon 100 min barel olub. Beləcə, qlobal neft təklifi Noyabrda bir əvvəlki ayla müqayisədə 360 min barel azalaraq təxminən 101 milyon 100 min barel təşkil edib.
Hesabata görə, bu il OPEC-ə üzv olmayan ölkələrin neft təlifi keçən illə müqayisədə gündəlik ortalama 2 milyon 400 min barel artaraq 60 milyon 400 min barelə, 2019-da isə gündəlik 1 milyon 500 min barel artaraq 61 milyon 900 min barelə yüksələcək.
Bu il qlobal neft tələbinin gündəlik ortalama 99 milyon 200 min barelə çatacağı qeyd edilən hesabatda, 2019-da isə tələbin 100 milyon 600 min barelə yüksələcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























