Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası
Son zamanlar ölkə mətbuatında xaricdən gətirilən armaturların keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu armaturlar keyfiyyətsiz olmaqla yanaşı, həm də ucuzdur. Nəticədə isə alıcılar ucuz məhsulları almağa üstünlük verdikləri üçün yerli istehsalçılar çətin vəziyyətə düşüblər.
Araşdırmaya görə, hazırda bazarda doğrudan da İran armaturlarının qiyməti yerli istehsaldan ucuzdur. Lakin bu, həmin məhsulun heç də keyfiyyətsiz olduğunu isbatlamır.
Armatur alqı-satqısı ilə məşğul olan Nicat Məmmədov bildirib ki, qiymətlərdə fərq var:
“Bakı Steel Company"nin materialı 90 qəpik, sex malı 65 qəpik, İrandan gətirilən material isə 85 qəpikdir. Marka olaraq İran armaturu Azərbaycan materialından güclüdür. Yəni İrandan gətirilən armatur 500 markadır, Azərbaycan materialı isə 450 markadır. Ancaq ucuzluğunun səbəbinin nədən qaynaqlandığını söyləyə bilmərik. İnsanlar daha çox sex malına üstünlük verirlər. Deyirlər ki, armatur-armaturdur, nə fərqi var. “Baku Steel Company” isə qiymətləri çox baha qoyduğu üçün müştərilər bu materialı almaq istəmirlər. Burada başqa bir məsələ yoxdur. Keyfiyyət məsələsi doğru deyil. İllərdir ki, Bakıda Rusiya, İran armaturları satılır. Hələ indiyə qədər kimsə bu materialların keyfiyyətindən şikayətlənməyib. Hələ bu materiallar xaricdən gətirilir və bunların gömrük, vergi xərcləri olur. Bununla belə, ucuzdursa, deməli, problemi ölkədəki istehsalda axtarmaq lazımdır".
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, keyfiyyətlə bağlı yazılanların sənədləşmiş sübutu yoxdur:
“Deməli, məhsulların Azərbaycana gətirilməsində keyfiyyət sertifikatı ilə bağlı sənədlər normal səviyyədədir ki, gömrükdən bu məhsulları ölkəyə keçirmək mümkün olur. Başqa cür olsaydı, gömrükdən məhsulları ölkəyə keçirmək mümkün olmazdı. Yaxud da belə çıxır ki, gömrükdə ciddi korrupsiya kanalı var ki, ölkəyə belə bir material buraxılır. Ancaq son zamanlar gömrük orqanlarında aparılan islahatlar deməyə əsas verir ki, rəsmiləşdirmələr kifayət qədər ciddiləşib. Yəni keyfiyyətlə bağlı yazılanların hələ ki sənədləşmiş sübutu yoxdur. Nə mətbuatda, nə bu işlə məşğul olanlar arasında keyfiyyətlə bağlı məsələ sübut olunmayıb.
Qiymətlərə gəlincə isə burada da məsələ müəmmalıdır. Təbii ki, ”Baku Steel Company" yerli şirkətdir və burada yerli xammaldan istifadə olunur. Şirkətin əslində özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb. Çünki istehsalda təkrar xammal mühüm rol oynayır. Bu təkrar xammal isə Bakının bütün hər yerindən toplanan, paslanmış, korroziyaya uğrayaraq metal keyfiyyəti zəifləmiş məhsullardır. Çox zaman da armaturlar bu kimi məhsulların təkrar emalından istehsal olunur. Bütün bunları nəzərə aldıqda söyləyə bilərik ki, əslində istehsal edilən armaturun maya dəyəri çox aşağı olmalıdır. İlkin xammaldan, daş filizindən istifadə edilsəydi, qiymətlərin baha olması anlaşılardı. Çünki burada maya dəyəri yüksək olacaqdı. Eyni zamanda belə olardısa, bunun daşınma xərcləri də yüksək olardı. Təkrar emalda isə daha ucuz başa gəlir. Bu məntiqlə “Baku Steel Company”nin məhsularının qiyməti daha aşağı olmalı idi.
Sadəcə olaraq, Azərbaycanda bu sahədə ciddi rəqabət mövcud olmadığı üçün bazarın böyük bir hissəsinə qeyd etdiyimiz şirkət diktə edir. Nəticədə onlar həm də qiyməti də diktə etməyə çalışırlar ki, bazarda böyük üstünlüyə malik olsunlar. Bütün bunların nəticəsində istənilən ölkədən gətirilən armaturla bağlı belə bir iddia səsləndirilir ki, həmin məhsulların keyfiyyət göstəriciləri daha aşağıdır. Əslində keyfiyyət göstəricilərinin aşağı olması, sənədlə, laborator analizlərlə sübut olunmalıdır".
Ekspert bildirib ki, xarici ölkələrdə bu cür hal yaşansaydı, İranın armaturlarını satan dilerlər məhkəməyə müraciət edərdi:
“Hər bir məhsulun bir maya dəyəri var. Nə qədər İran realı ucuz olsa da, devalvasiya prosesi getsə də son nəticədə hesablamalar dollar üzərindən aparılır. Yəni maya dəyərinin nə qədər aşağı olmasına realın məzənnəsi təsir etmir. Əslində bunun elektrik enerjisi, insan əməyi, xammalı var. Yəni maya dəyəri məhsulun istənilən halda üzərinə gəlir. İstər bunu manatla hesabla, istərsə də realla, dollarla və sairə. Bütün bunların maya dəyərindəki fərqi dəyişmir. Ona görə də yeganə bir irad ondan ibarətdir ki, Azərbaycanda manat-dollar münasibətləri sabit olduğu üçün İran məhsullarını bizim ölkədə satmağa üstünlük verir. Nəticədə Azərbaycanda məhsulların dəyərini manatla alıb, sonra onu dollara çevirərək, ölkədən çıxarıblar. Bunu irad kimi bildirmək də gülüncdür. Çünki biznesin qaydaları budur. Bəyəm sərhədləri qapatmalıyıq ki, ölkədən dollar çıxmasın? Bu, biznesin azad şəkildə fəaliyyət göstərməsinə maneə yarada bilər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Yeni Müsavat”
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
27 d. əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elçin Yusubov: Xankəndinin yeni Baş Planına görə, şəhər 80 min nəfərlik olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycan neftinin son qiyməti
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
Ən çox oxunanlar
Azərbaycana geyim əşyalarının idxalı azalıb
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
Rəsmi məzənnələr açıqlandı
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
"Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib" - MÜSAHİBƏ
Azərbaycana çay idxalı 23% azalıb






.jpg)
.jpg)






.jpg)







