Karbamid zavodunun maliyyələşdirilməsinin təfərrüatları məlum olub
Bugünədək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üçün ayrılmış kredit məbləğindən 360 milyon avro istifadə olunub.
Bunu Trend-ə zavodun direktoru Xəyal Cəfərov deyib.
X.Cəfərov bildirib ki, layihə 2015-ci ilədək dövlət büdcəsi hesabına maliyyələşdirilib:
“Daha sonra maliyyələşmə mənbəyinin dəyişdirilməsi qərarı qəbul edildi və uğurlu danışıqlar nəticəsində SOCAR-la Cənubi Koreya İxrac-İdxal Bankı, Almaniyanın “Deutsche Bank”, Fransanın “Societe Generale” və İtaliya-Avstriya birgə “Unicredit” bankları arasında 500 milyon avro dəyərində maliyyələşdirmə sazişi imzalandı. Bugünədək həmin məbləğin 360 milyonu istifadə olunub. İlin sonunadək bütün məbləğin istifadə olunacağı gözlənilir".
Direktor həmçinin qeyd edib ki, hazırda Azərbaycan karbamidinin potensial müştəriləri ilə danışıqlar davam edir:
“Hazırda SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi müxtəlif xarici şirkətlərlə karbamid satışı ilə bağlı danışıqlar aparır. Bizim üçün prioritet bazar Türkiyədir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
5 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























