970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub

AzVak-mobil_resmin_ustu_31
İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub.

 

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər ki, ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri, ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar; bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslana biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və s. məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

İclasda, həmçinin "Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsi ilə bağlı təqdimat keçirilib.

 

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

10.12.2018 15:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19