“AccessBank”ın səhmdarları olaraq qalırıq, bankın reabilitasiyasını dəstəkləyirik"
2018-ci ilin iyul ayında Dmitri Pankin Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) yeni prezidentiolub. O, dekabrın ortalarında bankın prezidenti kimi Azərbaycana səfər etmək niyyətindədir. Səfərin proqramında Qara dənizTicarət və İnkişaf Bankının Nazirlər Şurasınıniclasında iştiraketmək və Bankın 2019-2022-ci illər üçün yeni strategiyasının müzakirəsi məqsədilə ölkə rəsmiləri ilə görüşləri planlaşdırılır. Müsahibəsində Dmitri Pankin yeni strategiya çərçivəsində Bankın region ölkələrində öz təsirinin genişlənmədirilməsini planlaşdırıb və ya planlaşdırmaması barədə söz açıb.
- Hazırda QTİB-ə bütün üzv ölkələrin hökumətləri ilə razılaşdırılacaq 2019-2022-ci illər üçün yeni strategiya hazırlayır. Bu strategiya Bankın fəaliyyətinə necə təsir göstərəcək? QTİB-nin Azərbaycana dair siyasətində mühüm dəyişikliklər gözləməyə dəyərmi? QTİB üçün hansı əsas əməkdaşlıq istiqamətləri prioritet təşkil edir?
- Azərbaycana həyata keçiriləcək səfərimin məqsədi ölkə rəhbərliyi ilə Bankın yeni strategiyasını müzakirə, ortamüddətli perspektiv üçün fəaliyyətimizdə prioritetləri müəyyən etməkdir. Səhmdarlarımıza müraciət etmək istədiyim əsas təklif – bankın layihə portfelində infrastruktur layihələrin sayının artırılmasıdır. Söhbət yol tikintisi, telekommunikasiya, energetika sektoru, təbiətin mühafizəsi, suyu təmizləmə, emal sənayesi və s. sahələrdə layihələrdən gedəcək. Əminəm ki, bu, bütövlükdə Bankın üzv ölkələri və xüsusilə də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Hazırda layihələrimiz əsasən özəl sektoru əhatə edir.
O cümlədən, qeyd etmək istərdim ki, mövcud olduğu regionda bankın fəaliyyətinin artırılması planlarımızda var. Bu nə deməkdir? Bank mənfəət gətirir, daxili prosedurlar hamısı işlənilib, lakin fəallıq səviyyəsi hələlik kifayət deyil. Hazırda layihə portfelimiz təqribən 1,2 mlrd. avro təşkil edir. Hesab edirəm ki, biz onu iki dəfə artıra bilərək, həm də bankın kapitalı eyni qaldığı halda.
- Bu yaxınlarda QTİB ilə OFID arasında birgə layihələrin reallaşdırılmasına dair saziş imzalanıb. Həmin layihələrin Azərbaycanla bağlılığı olacaqmı? Söhbət hansı layihələrdən gedə bilər?
- Söhbət xüsusilə Azərbaycan da daxil olmaqla QTİB-ə üzv ölkələrdə layihələrin birgə maliyyələşdirilməsinə dair birgə fəaliyyəti nəzərdə tutan əməkdaşlıq üzrə çərçivə sazişindən gedir. Biz OFID ilə Azərbaycanda əməkdaşlıq imkanlarını maraqla nəzərdən keçirməyə hazırıq. Bu istiqamət üzrə reallaşdırılan layihələr kimi, Türkiyədə tibb mərkəzinin tikintisinin birgə maliyyələşdirilməsini misal çəkə bilərəm.
- 2018-ci ilin yazında QTİB Azərbaycan hökuməti ilə manatla kreditlərin verilməsi məsələsini müzakirə edib. Bu məsələ ilə bağlı irəliləyiş varmı? Bu QTİB üçün əvvəlki kimi maraqlıdırmı?
- Strategiyamızın prioritetlərindən biri – Bankın üzv ölkələrinin iqtisadiyyatının kreditləşdirilməsinin, o cümlədən bondların buraxılışı yolu ilə yerli valyutada artırılmasıdır. Və, əlbəttə ki, Azərbaycanda bu istiqamətdə imkanları öyrənəcəyik. Hazırda QTİB-nin buraxdığı borc qiymətli kağızları Azərbaycan Mərkəzi Bankın əməliyyatlarında girov olaraq qəbul edilir. Bu da bizim üçün gələcəkdə manat istiqrazlarının buraxılması üçün böyük stimuldur. Qeyd etməliyəm ki, bu gün Azərbaycan bankları fəal şəkildə yerli valyuta ilə maliyyələşdirilmə axtarışındadırlar və bizim əməkdaşlar onlarla fəal danışıqlar prosesindədirlər.
- Bu günə Azərbaycanın “AccessBank”ın səhmlərinin 20%-i QTİB-yə məxsusdur. Ölkənin bank sektorunda bankınız öz iştirakını genişləndirməyi planlaşdırırmı? Azərbaycan Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində iştirak etmək QTİB-ni maraqlandırırmı?
- QTİB Azərbaycanın bank sektoru ilə əməkdaşlıq prosesinin aktivləşdirilməsi imkanlarını öyrənir. Biz “AccessBank”ın fəal səhmdarları olmuşuq və qalırıq, bankın reabilitasiyası prosesini dəstəkləyirik. Azərbaycan Beynəlxalq Bankı həmçinin QTİB-nin çoxdankı tərəfdaşıdır. Qiymətli kağızlar buraxılışı sahəsində əməkdaşlığımız planlaşdırılır, lakin söhbət yaxın gələcəkdən getmir. Özəlləşdirmə barədə cavab verə bilərəm ki, hazırda bu məsələ tərəfimizdən müzakirə olunmur.
- Müsahibəyə görə minnətdarıq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















