Fed/Powell: Güclü iqtisadiyyat bütün amerikalılara çatmayıb
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell (Jerome Powell), mərkəzi bankın artan maaşlarla yanaşı "güclü iqtisadiyyata" doğru irəliləmə qeyd etdiyini, ancaq aşağı gəlirli bir çoxunun geridə qaldığını söyləyib.
Pauell, Bazar ertəsi günü Vaşinqtonda etdiyi çıxışının mətnində, "Fed-in missiyası güclü iqtisadiyyatı və sağlam bir maliyyə sistemini dəstəkləməkdir" deyib və "Bu hədəflərə doğru önəmli bir məsafə qət etdiyimizi söyləməkdən məmnunluq duyuram" şəklində danışıb.
Pauell, ABŞ iqtisadiyyatının gücü haqqındakı fikrini təkrarlayaraq, ABŞ-da işsizlik nisbətinin 1969-dan bu yana ən aşağı səviyyəsinə enməsinin, maaş artımlarının, artah əhali rifahı və yüksələn İstehlakçı Etibarının güclü istehlakçı xərclərini dəstəklədiyini deyib.
Pauell, "Bu güclü iqtisadiyyatın və möhkəm maliyyə sisteminin faydaları Amerikalıların hamısına çatmayıb" - deyib.
Digər tərəfdən, Pauell, ABŞ iqtisadiyyatının yaşlanan əhali kimi uzunmüddətli çətinliklərlə qarşı-qarşıya olduğunu sözlərinə əlavə edib.
Pauell bu çıxışında iqtisadiyyat və pul siyasəti məsələsinə dair bəhs etməyib. Fed sədri, keçən həftə etdiyi çıxışında, Fed-in faizinin neytral faizə (iqtisadiyyatın nə kəskin artmasına, nə də kəskin azalmasına səbəb olan faiz səviyyəsi) yaxınlaşdığını söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
8 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
9 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur




























