Ölənlərin krediti ümidsiz sayılacaq - YENİ QAYDA
Banklarda istehlak kreditlərinin qaytarılması 0-30 gün gecikdikdə qənaətbəxş, 31-90 gün gecikdikdə nəzarət altında olan, 91-120 gün gecikdikdə qeyri-qənaətbəxş sayılacaq.
Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi və gələn il mayın 29-da qüvvəyə minəcək "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda əksini tapıb.
İstehlak kreditinin qaytarılması 121-150 gün gecikdirildikdə təhlükəli, 150 gündən artıq gecikdirildikdə isə ümidsiz sayılacaq.
Aşağıdakı hallarda istehlak kreditləri yerləşdirildiyi anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:
- borcalanın son 6 ay ərzində vaxtı keçmiş krediti olduqda;
- borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda (bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş qaydada hesablanır);
- həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda;
- borcun gəlirlərə nisbəti əmsalı 45%-dən artıq olduqda:
Sonuncu halla bağlı istisnalar da var. Bura xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 90%-dən çox olmadığı, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadığı və milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadığı hallar daxildir.
Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda ("Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















