Mənfi göstəricilər Dolların ucuzlaşmasına səbəb olub - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında carı həftə ərzində açıqlanan ABŞ iqtisadiyyatı ilə bağlı mənfi fundamental göstəricilər, dolların ucuzlaşmasına səbəb olub.
Beynəlxalq valyuta birjalarında son zamanlar Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəifləməsi dolların aparıcı valyutalara nisbətən qiymətlərinə qarşı təzyiqləri artırır. Belə ki, ABŞ-ın əmlak və istehlak bazarları və xarici ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər gözləntilərdən zəif açıqlanır.
Çərşənbə axşamı maliyyə bazalarında investorlar tərəfindən böyük maraqla izlənilən, ABŞ-ın qeyri-kommersiya təşkilatının açıqladığı istehlakçı əhval ruhiyyəsi indeksi (ing.: "The Conference Board index") noyabr ayında 135.7 punkta düşüb. Burada analitiklər yalnız 135.9 punktluq azalma proqnozlaşdırırdılar.
Burada azalma ciddi qəbul edilməsə də, çərşənbə günü ilkin mənzil bazarında satış dövriyyəsi ilə bağlı göstəricilər daha çox məyus edib. Belə ki, aylıq dinamika oktyabr ayında 8.9% azalıb. Bu isə son 3 ilin ən yüksək azalma dinamikasıdır. Mütəxəssislər isə 3.7%-lik artım proqnozlaşdırırdılar.
Bununla yanaşı, xarici əmtəə dövriyyəsində də mənfi saldo 77.25 milyard dollar ilə son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Burada isə analitiklər yalnız 76.70 milyard dollara kimi artım gözləyirdilər. Beləkliklə, üçüncü rün üzrə iqtisadi inkişaf dinamikasının da gözləntiləri məyus etməsinin səbəbi aydın görünməyə başladı. İqtisadçılar ÜDM-in rüblük artım dinamikasında ikinci hesablanmada 3.6%-ə kimi artım proqnozlaşdırırdılar. Lakin göstərici birinci hesablanmadakı kimi - 3.5% açıqlandı. Burada da göstərici gözləntiləri məyus etsə də 3.5%-lik rüblük inkişaf səviyyəsi dünyada yüksək qiymətləndirilir.
Lakin cümə axşamı yayımlanan Amerikanın təkrar məzil bazarında satış dövriyyəsi ilə bağlı göstəricilərin də gözləntilərdən zəif olması, artıq ehtiyatlanmağa vadar edir. Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povelin gələn il üzrə faiz artımları fonunda ehtiyatlı davranmağın tərəfdarı olduğunu açıqlanmasından bir gün sonra bu azmış kimi təkrar mənzilə bazarlarında aylıq satış həcmi göstəricisi də mənfi 2.6% dərc edildi. Burada isə proqnozlar 0.8%-lik artım idi.
Yuxarıda sadalanan ABŞ iqtisadiyyatı ilə bağlı mənfi hadisələr, FED-in gələcək il ərzində faiz artımı gözləntilərinin zəifləməsinə təsir etməklə yanaşı, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin də cari səviyyələrdən çox bahalaşmasının qarşısını alır. Dollar indeksinin hal-hazırda dalğalandığı səviyyələr dekabr ayının faiz artımı ehtimallarının nəzərə alındığı səviyyələrdir. Dollar indeksinin cari səviyyələrin üzərində artım dalğasına davam edə bilməsi üçün gələn il üzrə faiz artımı ehtimalları da yenidən güclənməlidir.
Bunun üçün iqtisadi fundamental göstəricilər, xüsusilə də inflyasiya ilə bağlı indekslər yenidən yaxşılaşmalı, Amerikanın fond bazarlarında səhm qiymətlərində bahalaşma güclənməlidir.
EUR/USD məzənnəsi 1.14$-a ticarət edilir və bahalaşma 1.15$-a kimi də davam edə bilər. Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.15TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 4.98TL-yə kimi də ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1224$-a təklif edilir və 1230$-ı da yuxarı istiqamətdə qırarsa, 1236$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
51 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
3 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
















.jpg)











