“Bu il narın yığım və ixracı ötən ilə nisbətən 20-25% artacaq”
"Bu il narın və onun emalı nəticəsində əldə edilmiş məhsulların həm istehsalında, həm də ixracında ötən illə müqayisədə böyük artım olacağı gözlənilir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
“2018-ci il üzrə yekun ixtac göstəriciləri gələn ilin fevral-mart aylarında bəlli məlum olacaq. Çünki ixrac prosesi hər ilin sentyabr-oktyabr aylarından başlayaraq təxminən yarım il davam edə bilər. Sahibkarlar və fermerlər məhsullarını soyuducularda saxlamaq şərti ilə növbəti ilin fevral-mart aylarına qədər ixrac edə bilərlər. Bu səbəbdən mövsümün statistikası hələ ki, məlum deyil. Ancaq düşünürük ki, bu il həm istehsal, həm də ixracda 20-25% artım olacaq”, - o qeyd edib.
Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 165 min ton nar yığılıb, təxminən 10 mln. ABŞ dolları məbləğində nar ixrac edilib: "Satış əsasən MDB və Avropa ölkələri, qismən isə ABŞ və Avstraliya istiqamətində həyata keçirilib. Bu il isə ölkədə nar yığımının 190-200 min ton olacağına ümid edirik. Təbii ki, istehsalın artımı ixracın da artmasına səbəb olacaq. Narla yanaşı, iri emal müəssisələrinin hazırladığı nar məhsullarının - nar konsentratı, narşərab, nardan hazırlanmış spirtli içkilərin, şirələrin və kompotların da ixracında artım olacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























