VTB və Bank of Baku tərəfdaşlıq müqaviləsi imzalayıb
VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb. Bundan sonra VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankın bankomat və POS-terminalları vasitəsilə nağdlaşdırma əməliyyatını əlavə komissiyasız həyata keçirə bilər.
Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi yerli bankların 90-dan çox bankomatlarından yararlana bilər.
Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa imkanı verir.
“Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”, - deyə bank VTB (Azərbaycan)-ın ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















