Rusiya, Ukraynanın döyüş gəmilərini vurdu
Ukraynanın Hərbi Dəniz Qüvvələrlər, səhər saatlarında Azov Dənizindəki Kerç Boğazı ətrafında, Rusiyanın döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyini, Rusiyaya aid hərbi gəmilərinin Ukrayna hərbi gəmilərinə atəş açdığını açıqlayıb. Rusiya, Ukrayna gəmilərinin Rusiya sularına girdiyini iddia edir.
Gəmilərə açılan atəş nəticəsində 3 nəfər yaralanıb.
Qarşıdurma nəticəsində 3 Ukrayna gəmisi ziyan görüb və rotasını itirib. Ukrayna gəmilərinin Rusiya hərbi qüvvələri tərəfindən ələ keçərildiyi məlumatı da verilir.
Ukrayna mətbuatında isə açılan atəş nəticəsində 1 nəfərin öldüyü bildirilir.
Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.
"112 Ukrayna" xəbər verir ki, bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.
Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.
Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
FTX: Krımda Ukraynanın 3 gəmisi saxlanılıb, xəsarət alanlar var
Ukraynanın "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, gəmilər Rusiya dənizçilərinin dərhal dayanma tələbinə məhəl qoymayıblar və bununla yanaşı, təhlükəli manevr ediblər. Onların saxlanılması üçün silahdan istifadə edilib.
Əməliyyat zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















