Beynəlxalq Bankın "IBAm" mobil əlavəsində daha bir neçə yeni funksiya
(®) Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq platformalarını daha da inkişaf etdirməkdədir. Bu prosesin davamı kimi IBAm mobil əlavəsinə daha bir neçə yeni funksiya əlavə olunub. Belə ki, indi IBAm istifadəçiləri sistemə sürətli giriş üçün 4 rəqəmli pinkod təyin edə, öz hesabları arasında milli və xarici valyutada ölkə daxilində köçürmələr apara, öz hesabları arasında valyuta mübadiləsi həyata keçirə, rekvizitlərini əldə edə və paylaşa bilərlər.
IBAm mobil əlavəsinin aşağıda göstərilən bir çox imkanlarından da faydalanmaq olar:
-Kredit sifarişi;
-Aylıq kredit borclarının ödənişi;
-Kredit üzrə aylıq ödəniş qrafikinin nəzarətdə saxlanması;
-Şifrənin simvol məhdudiyyəti olmadan dəyişdirilməsi;
-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm mobil əlavəsinə qoşulma, eləcə də ondan istifadə tamamilə pulsuzdur.
Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib: “İBAm mobil əlavəsində son yenilənmələr nəticəsində təklif olunan funksionallar müştərilərimizə bir sıra rahat həllər və imkanlar yaradır. Belə ki, artıq dəyərli müştərilərimiz Banka gəlmədən bir çox xidmətlər üçün digər banklara köçürmələrini rahatlıqla həyata keçirə bilər, eyni zamanda öz hesabları üzrə rekvizitləri əldə edərək ödənişləri qəbul etmək məqsədilə onu paylaşa da bilərlər”.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank
App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















