Abel Məhərrəmov erasının biabırçı sonluğu - rektor özünü necə yandırdı...

BDU-nun rektorunun işdən çıxarılmasının olduqca müdhiş səbəblərinin olduğu deyilir: “Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”; “Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”; “Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib”...
Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub.
Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Əvvəlcə, Airbus-319A tipli təyyarə ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğlu Anar Məhərrəmova məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.
Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.
Abel Məhərrəmovun İspaniyadakı səfir oğlu Anar Məhərrəmov
Burada bir arayış verək ki, diplomatik xidmətdə olan şəxslərin baqajları yoxlanmadığından və onların çəkisinə məhdudiyyət olmadığından istənilən çəkidə yük apara bilirlər. Üstəlik, diplomatik korpus nümayəndələrinin yükləri gömrük rüsumlarından azaddır. Görünür, ata-oğul Məhərrəmovlar dövlətin verdiyi səlahiyyətlərdən, beynəlxalq konvensiyaların yaratdığı şəraitdən bu cür barbarcasına yararlanırlar. Ölkədən xüsusi çəlləklərdə şərab daşıyırlar. Akademik və səfir tituluna yaraşmayan işlərlə məşğul olurlar. Bununla da təmsil etdikləri dövləti xaricdə əlverişsiz duruma salırlar. Axırda da o çəlləklər öz başlarında dağılır...
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.
İspaniyada keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən fraqment
Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi" tələbi ilə restorana gətizdirib.
Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.
İspaniyada keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən daha bir fraqment
Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən, artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.
Ölkə başçısı Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Bax beləcə, Abel Məhərrəmov da vüsala qovuşdu. 20 ildən çox müddətdə BDU kimi nüfuzlu bir universitetdə rektor olmuş adamın karyerası bu cür biabırçılıqla yekunlaşdı.
Xatırladaq ki, hələ bu ilin may-iyun aylarında A.Məhərrəmovun səfir oğlu haqda yerli mətbuatda yazılar dərc olunub. Həmin yazılarda Anar Məhərrəmovun çaxır alverilə məşğul olduğu, bu məhsulları Azərbaycana diplomatik möhür altında göndərdiyi bildirilirdi.
Həmçinin İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətləndiyi barədə Prezident Administrasiyasına, Azərbaycan XİN-ə və Milli Məclis rəhbərliyinə şikayət məktubu yazdığı bildirilirdi. Həmin məqalədə o da bildirilirdi ki, Fərid Mustafayevin məktubu parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb.
Sonda onu da xatırladaq ki, A.Məhərrəmovun oğlu Anar Məhərrəmov 5 aprel 2016-cı ildə səfir təyin olunub. Bu o ərəfə idi ki, hər gün Qarabağ cəbhəsindən şəhid xəbərləri və cənazələri gəlirdi.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
“Yeni Müsavat”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
- 1 gün sonra
-
8 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
8 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
8 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
8 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
9 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
9 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
