“FİNCA Azerbaijan” nikbindir, yenidən bazarda layiqli yer tutmaq istəyirik" - AÇIQLAMA
Əlavə kapital cəlb edilməsi, yeni fililalların açılması nəzərdə tutulur
"“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı devalvasiyadan sonra yaranmış bütün çətinlikləri artıq geridə qoyub və 2018-ci ilin 4-cü rübündən başlayaraq yenidən inkişaf etməyi qarşıya hədəf qoymuşdur".
Bunu "Marja"ya Təşkilatın ölkə üzrə direktoru Timoti Tarrant bildirib.
Direktorun sözlərinə görə, şirkət son üç ili kredit portfelininin idarə olunması və əməliyyatların səmərəliliyinin artırılmasına sərf edib.
“Şirkətimiz 2017-ci ili mənfəətlə başa vurub və 2018-ci ildə də daha yaxşı maliyyə nəticələrinin olmasını gözləyirik”, - deyə kredit təşkilatının rəhbəri bildirib.
Timoti Tarrant onu da qeyd edib ki, “FINCA Azerbaijan” ölkədə devalvasiyadan sonra yaranmış iqtisadi çətinliklərin öhdəsindən uğurla gələrək, səhmdarların şirkətin nizamnamə kapitalını 2018-ci ildə artırmasına da nail olub.
"ƏLAVƏ KAPİTAL CƏLB EDİLMƏSİ NƏZƏRDƏ TUTULUB"
Şirkət rəhbərinin sözlərinə görə, 2019-cu ildə səhmdarlardan əlavə kapital cəlb edilməsi də nəzərdə tutulub ki, bu da “FINCA Azerbaijan”ın regionlarda kiçik sahibkarlara göstərdiyi maliyyə xidmətlərini daha da genişləndirməyə imkan verəcək.
BAZARDA İTİRDİYİ YERİNİ GERİ QAZANMAQ İSTƏYİR
“FINCA 2019-cu ilin birinci rübündən etibarən yeni fililallar açmağı planlaşdırır. Şirkət gələcəkdə öz fəaliyyətini genişləndirməklə, maliyyə bazarında layiq olduğu mövqeyini yenidən qazanmaq istəyir”,- deyə Timoti Tarrant bildirib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Direktorun sözlərinə görə, FINCA qlobal olaraq, son illər müştərilərə göstərilən xidmətin səviyyəsini artırmaq və əməliyyat xərclərini azaltmaq məqsədi ilə yeni fintexnologiyadan istifadə edir. Bu yeniliyin inkişaf etdirilməsi və qlobal olaraq istifadəsinin sınaq mərhələsinin uğurla aparılması işində “FINCA Azerbaijan”ın da böyük töhfələri olmuşdur.
“FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant onu da bildirib ki, FINCA ölkənin maliyyə bazarında geniş imkanlar olmasının fərqindədir və Azərbaycanın maliyyə bazarındakı vəziyyətlə bağlı nikbindir.
Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə institutu olaraq, kənd təsərrüfatı daxil olmaqla, ölkə üzrə kiçik sahibkarlara müxtəlif kredit məhsulları təklif edir.
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəbkəsinin bir hissəsidir. Bu şəbəkə fintexnologiyadan istifadə edərək aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















