Bankomat vasitəsi ilə pul göndərmək və pul almaq imkanı

Expressbank-ın innovativ xidmətləri sayəsində müştərilər ATM vasitəsi ilə pul göndərib pul ala bilirlər. Üstəlik günün istənilən vaxtı, tez və rahat şəkildə.
Belə ki, “Cash by Code” xidməti vasitəsilə bank kartı sahibləri kartı olmayan şəxslərə də pul göndərə bilərlər. Bunun üçün kartı bankomata daxil etdikdən sonra Xidmətlər bölümündə müvafiq “Cash by Code” xidmətini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini və ona göndəriləcək məbləği qeyd etmək lazımdır. Əməliyyat sona çatdıqdan sonra pul göndərən şəxsə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, pulu alacaq şəxs isə mobil nömrəsinə 5 rəqəmli şifrə qeyd olunan SMS alır. Qəbzdə olan şifrəni pul alacaq şəxsə bildirmək gərəkdir. Pul alacaq şəxs istənilən Expressbank ATM-nə yaxınlaşaraq pul göndərən şəxs tərəfindən ona təqdim olunmuş və SMS-ilə ona göndərilmiş şifrələri birgə daxil edərək heç bir komissiya ödəmən vəsaiti ala bilər.
Expressbank-ın kart sahibləri üçün pul göndərən zaman “Cash by Code” xidməti üzrə komissiya cəmi 1% (min. 1 AZN/1 USD/1 EUR/1 GBP) təşkil edir. Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
