"Maliyyə riyaziyyatı" təlimi

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri "Maliyyə riyaziyyatı" təliminə dəvət edir.
Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçt ünvanı: [email protected]; [email protected] |
Tədrisdili: Azərbaycan
1. Təlimin məzmunu haqqında məlumat:
Bu təlim tətbiqi iqtisadiyyatın bir çox sferalarını adi riyazi modellərlə təsvir edir. Bu modellərin ümumi özəyi var ki, o da maliyyə riyaziyyatı tərəfindən öyrənilir.
Maliyyə riyaziyyatının riyazi əsasları çox sadə olub, elementar riyaziyyatın adi məktəb kursuna əsaslanır.
Maliyyə riyaziyyatı ödəmələrin sxemlərini və faizlərin hesablanması qaydalarını öyrənir, lakin hələ bu, əsas deyil. O, təbii «Mümkün maliyyə sövdələrindən hansı daha mənfəətlidir» sualına obyektiv cavab verir.
Maliyyə riyaziyyatı müxtəlif əməliyyatların gəlirliliyini müqayisə etmək üçün instrumentari verir. O, gəlirliliyi hesablamağı nəinki göstərir, hətta praktiki təkliflər verir və alınan nəticələrin iqtisadi mənasını analiz etməyə imkan verir.
Maliyyə riyaziyyatı ilə tanışlıq həm iqtisadi nəzəriyyə, həm də gur inkişaf edən təcrübə ilə kontekstdə baş verməlidir. Burada yalnız maliyyə nəticələrinin müqayisəsi üçün lazım olan texniki üsullar tapılmır, həm də faiz nəzəriyyəsinin, diskontlaşmanın əsasları öyrədilir, torpaq və başqa daşınmaz əmlakın qiyməti, səhmlərin və istiqrazların qiymətləri barədə iqtisadi təsəvvür yaradılır.
2. Təlimin məqsədi:
“Maliyyə riyaziyyatı” fənninin məqsədi cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin dərinləşməsi şəraitində biznesin mahiyyətini açmağa imkan verməklə və tətbiqi iqtisadiyyatın bir çox sferalarını riyazi modellərlə təsvir etməklə iqtisadi və maliyyə qaydalarından ibarət olub, praktik vərdişlərə yiyələnməni təmin etməkdir.
Maliyyə riyaziyyatı tətbiqi riyaziyyatın maliyyə bazarları ilə məşğul olan sahəsi olmaqla riyaziyyatı, əsasən statistikanı tətbiq edərək maliyyə ilə bağlı məlumatları təhlil edir.
3.Təlimin nəticələri:
Təlimi keçmiş tələbələr müxtəlif üsullarla biznes layihələrini və şirkətin səhmlərin qiymətləndirmək, müxtəlif növ depozit və kredit faizlərini müqayisə etmək, şirkətin qiymətli kağızlar portfelini və bununla balı riskləri idarə etmək bacarıqlarını əldə edəcəklər. Bu gerçəklikləri ifadə edərək tələbələr tədris fənninin öyrənilməsində:
4. Bilməlidirlər:
Sadə və mürəkkəb faiz dərəcələri arasında fərqlər.
Perpetiutet və anniutet.
Səhmlərin müxtəlif dəyərləri və kursları.
Layihələrin qiymətləndirilməsi üsulları.
Mühasibat mənfəətlilik norması (ROE) və dividendin artım əmsalı.
Artım imkanlarının cari dəyəri.
Portfel riski və onun ölçülməsi.
Beta və onun mahiyyəti.
Effektiv portfel.
Kapital aktivin qiyməti modeli.
Kapitalın strukturu.
Kapitalın strukturu (CS) və şirkətin β-sı.
Şirkətin kapitalının dəyəri.
Şirkətin kapitalının bazar dəyəri.
Aktivlərin betası.
5. Təlimin hədəfi:
Sadə və mürəkkəb faiz dərəcələri arasında keçid etmək.
Perpetiutet və anniutetin cari dəyərlərinin hesablanması.
Səhmin cari dəyərlərinin hesablanması.
Mənfəətin artım əmsalının hesablanması.
Artım imkanlarının cari dəyərinin hesablanması.
Portfelin mənfəətliliyi və riskinin hesablanması.
Kapital aktivin qiyməti modelindən istifadə edərək məchul parametrlərin hesablanması.
6. Təlim iştirakçılarının sayı:
10 nəfərədək
7. Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
8. Bizi fərqləndirən əsas cəhətlər:
- Peşəkar idarəçilik və təlimçilər komandası
- Müasir bilik standartlarının tətbiqi
- Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
- Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
- Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 25 fevral 2017-ci il
Dərs günləri: Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 32 saat
Təlimin ümumi qiyməti – 220 AZN
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:
https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
5 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
