Azərbaycanda yeni birgə müəssisə yaradılır - MÜQAVİLƏ İMZALANDI

Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar
Nobel Oil və Wood şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar.
Nobel Oil-dən “Marja”ya daxil olmuş məlumata görə, birgə müəssisə, Wood şirkətinin mühəndis-layihələndirmə və texniki xidmət imkanlarını, eləcə də Nobel Oil şirkətinin Xəzər regionunda bilik, təcrübə və bacarıqlarını özündə cəmləşdirəcək.
Birgə müəssisə əsasən Azərbaycanda dənizdə yerləşən müxtəlif obyektlərdə mühəndis-layihələndirmə, təchizat və tikintinin idarə olunması müqavilələrinin yerinə yetirilməsinə xidmət edəcək.
Birgə müəssisənin yaradılması ilə bağlı, Wood, Nobel Oil və bazarda fəaliyyət göstərən digər şirkətlərin yüksək səviyyəli nümayəndələrinin, eləcə də Böyük Britaniyanın Ticarət və İnvestisiya departamentinin (UKTI) təmsilçilərinin və Böyük Britaniyanın Azərbaycandakı Səfiri Dr. Kerol Krofts və digər qonaqların iştirakı ilə 31 oktyabr tarixində Bakıda rəsmi imzalama mərasimi keçirilib.
Wood şirkətinin Avropa, Avstraliya, Amerika və Afrika üzrə Baş İcraçı Direktoru Deyv Styuart şərh edib: "Wood şirkəti, Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə, müştərilərin ehtiyaclarını dəstəkləyən xidmətlərin göstərilməsinə və yerli təchizat zəncirində ön sırada olmaq üçün əməkdaşlıq qurmağa, yeni imkanların tapılmasına sadiqdir. Nobel Oil şirkəti ilə səylərimizin birləşdirilməsi Azərbaycanda həm mühəndis-layihələndirmə imkanlarımızı artıracaq, həm də yerli işçi qüvvəsi üçün təlim və inkişaf imkanları yaradacaq."
Nobel Oil şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib: "Birgə müəssisənin yaradılması Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafına xidmət edəcək əhəmiyyətli hadisədir. Yeni birgə müəssisə müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər iki şirkətin təcrübə və bacarıqlarını birləşdirəcək. İnanıram ki, bu tərəfdaşlıq hər iki şirkət və bütün sənaye üçün faydalı olacaq.”
Wood şirkəti, enerji və sənaye sahələrində layihələndirmə, mühəndislik və texniki xidmətlərin göstərilməsi üzrə dünya lideridir. Wood, gəliri 10 milyard ABŞ dollarından çox olan, təqribən 60 000 işçinin çalışdığı və 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətdir. 2016-cı ildə Wood şirkəti Azərbaycanda 200 yeni iş yeri yaradaraq BP şirkətinin dənizdəki səkkiz platformasına mühəndis-layihələndirmə xidmətləri göstərmək üçün ümumi dəyəri 500 milyon ABŞ dolları olan 5 illik müqavilə imzalamışdır.
Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər. Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
