“Nar” abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir
Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən və milli dəyərləri daim diqqət mərkəzində saxlayan “Nar” abunəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir.
Mobil operator abunəçilərinə noyabrın 3-4-də Göyçayda təşkil ediləcək ənənəvi Nar bayramına getmək şansı verir. Bu məqsədlə, “Nar” sosial mediada müsabiqə elan edib. Müsabiqə oktyabrın 30-u saat 16:00-da başlayıb, noyabrın 2-si saat 12:00-a qədər davam edəcək. Nəticələr noyabrın 2-də elan ediləcək.
Suallar nar və Göyçay rayonu haqqında olacaq. Bütün suallara düzgün cavab verən ilk 20 nəfər “Nar” əməkdaşları ilə birlikdə Nar bayramında iştirak etmək üçün Goyçaya səfər edəcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/promo/goychay-bayram.html
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
36 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq saziş imzalanacaq
- 36 d. əvvəl
-
52 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
56 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB






















