Ən yuxarı (mobil)-2_30

İran ilk dəfə nefti birjada satışa təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran ilk dəfə nefti birjada satışa təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran Neft Nazirliyi, ölkənin neft satışını hədəf alan ABŞ-ın 5 Noyabrda qüvvəyə minəcək ikinci sanksiya paketinə 1 həftə qalmış ilk dəfə nefti Tehran Enerji Birjası üzərindən satışa təqdim edib.
 

"Marja" xəbər verir ki, Nazirliyin rəsmi saytından verilən məlumata görə, Tehran Enerji Birjasında satışa təqdim olunan neft üçün alış sifarişləri 35 min barreldən daha az və 100 min barreldən çox olmayacaq.
 

Alış üçün ediləcək müraciətlərdən əvvəl ümumi məbləğin 10%-i nağd olaraq ödənilməlidir. Şərtlərə görə, ən aşağı qiymət 79 dollar 15 cent və ən yüksək qiymət isə neft bazarındakı dalğalanmaya görə müəyyən olunacaq.
 

Satılacaq neftin dəyərinin 20 faizi nağd olaraq ölkənin yerli pul vahidi rialda, 80 faizi isə valyuta kursunda olacaq.
 

İranın bu addım ilə, nefti hədəf alan ikinci sanksiya paketindən əvvəl neftini ölkə daxilində dəyərli hala gətirməyi və nağd pul axınını təmin etməyi qarşısına məqsəd qoyduğu bildirilir.

28.10.2018 17:30
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18