Beynəlxalq Bank yeni imic çarxını təqdim etdi - VİDEO
Azərbaycan Beynəlxalq Bankı “Ölkəmin bankı” konsepti çərçivəsində, “Birlikdə dəyər yaradırıq!” şüarı altında hazırlanmış yeni imic çarxını ictimaiyyətə təqdim edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, videoçarx Azərbaycan həyatında mühüm rola malik bu bankın dünənini, bugünkü inkişaf dövrünü və gələcəyə baxışlarını əks etdirir.
Burada müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankının, reallaşmasında yaxından iştirak etdiyi irimiqyaslı layihələrə, universal bank kimi ölkənin hər yerində ən müxtəlif müştəri seqmentləri üçün yaratdığı çeşidli imkanlara diqqət yönəlir. Bankın öz geniş xidmət şəbəkəsi ilə hər kəs üçün əlçatanlığı, müştəriyönümlülüyü, bütün ölkə insanlarının doğma bankı olması vurğulanır.
Bu doğmalığı əks etdirməkdən ötrü orijinal bir tərz seçilib. Belə ki, imic çarxı bankın 1997-ci ildə quraşdırdığı birinci bankomatının dilindən maraqlı hekayətin nəqli ilə başlanır. Bu, həm də ölkəmizin birinci milli prosessinq mərkəzi (Azərikard) üzərindən xidmət göstərən və Azərbaycan dövlətinə məxsus olan ilk bankomatdır. Birlikdə yaşanan zamana bu bankomatın nəzərləri ilə baxılır. Ölkəmizin insanları ilə birgə yaradılan dəyərlər simvollaşdırılır.
Videoçarxda unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” əsərindən istifadə edilməsi onun məzmununu daha da gücləndirir. Yeni aranjimanda təqdim olunan musiqi, mətn və təsvir həlli ilə ümumi harmoniya yaradır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib: “Bu imic çarxı, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına daim dəstək verən dövlətimizə, hər zaman yanımızda olan ölkəmizin insanlarına minnətdarlığımızın ifadəsidir. Bu doğma münasibət bankı gücləndirir, onu inkişafa yönəldir. Elə imic çarxının məqsədi də cəmiyyətimizin diqqətini müasir dövlət bankı olaraq bu gün Azərbaycan Beynəlxalq Bankında baş verən müsbət proseslərə yönəltməkdir. Bank bizə inanan tərəfdaşlarımızın, müştərilərimizin inamını doğrultmaqdan ötrü günbəgün yenilənir, çətinlikləri keçmişdə buraxaq yeni nailiyyətlərə doğru irəliləyir”.
İmic çarxını Azərbaycanın tanınmış prodakşn mərkəzlərindən olan “Cinealliance” şirkəti Aleksey Lamaxın rejissorluğu ilə hazırlayıb. Azərbaycan Beynəlxalq Bankı çəkilişlərə göstərilən dəstəyə görə dəyərli tərəfdaşları SOCAR-a, o cümlədən “Azərikimya” İstehsalat Birliyinə, “Azərbaycan Hava Yolları” QSC-ə, “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Baku Steel Company” MMC-ə təşəkkürünü bildirir.
İmic çarxını buradan izləmək olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
15 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 26 d. əvvəl
-
39 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
20 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)
.jpg)










.jpg)





