Azərbaycan Çində sərgidə 2 stendlə təmsil olunacaq
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.
Qeyd olunub ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.
Görüşdə bu ilin 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək Birinci Beynəlxalq İdxal Sərgisi barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Sərgidə iştirak məqsədi ilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kv.m sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər çərçivəsində həmçinin, Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verilib və Çində bu dəhlizin imkanlarının təşviqinin genişləndirilməsinin önəmi qeyd edilib.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























