ABŞ-ın ən çox xam neft satdığı ölkə Çindir
ABŞ Enerji İnformasiya İdarəsindən bildiriblər ki, 2018-ci ilin yanvar-iyun dövründə ABŞ-ın ən çox xam neft satdığı ölkə Çindir.
"Marja" İdarənin məlumatına istinadən xəbər verir ki, bu dövrdə ABŞ-ın ümumi xam neft ixracının gündəlik orta hesabla 1,8 milyon barrel olduğu, bu miqdarın günlük orta hesabla 376 min barrelinin (21%-inin) Çinə göndərildiyi qeyd edilib.
Ölkənin həmin dövrdəki xam neft ixracında ikinci yerdə Kanadanın yer aldığı, ilk 6 ayda bu ölkəyə gündəlik orta hesabla 334 min barel xam neft satıldığı qeyd edilib.
ABŞ-ın xam neft ixracında Asiyanın ən böyük, Avropanın isə ikinci böyük bazar olduğu bildirilib. İtaliya, gündəlik orta hesabla 165 min barellə ABŞ-ın ən çox xam neft ixrac etdiyi Avropa ölkəsi olub.
Məlumatda, ABŞ-ın xam neft ixracının ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə gündəlik orta hesabla 787 min barrel artdığı, habelə ölkənin ümumi xam neft ixracının iyunda gündəlik orta hesabla 2,2 milyon barrelə yüksələrək rekord qırdığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























