IBAm və IBAnking xidmətlərinə yeni funksiyalar əlavə olundu
(®) İnnovativ bank olaraq rəqəmsal bankçılıq platformalarını daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsi və IBAnking internet bankçılıq sistemi istifadəçilərinə yeni imkanlar yaradıb. Müştərilər bu sistemə əlavə edilmiş funksiya və xidmətlərdən faydalana bilərlər.
Belə ki, indi IBAm və IBAnking vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq olar. Bundan başqa, adıçəkilən sistemlərə şifrənin dəyişdirilməsi funksiyası da əlavə olunub və ən əsası tətbiq olunan yeni şifrə siyasətinə əsasən şifrənin təyin olunması ilə bağlı bəzi simvol məhdudiyyətləri aradan götürülüb.
IBAm və IBAnking istifadəçiləri bütün bunlardan əlavə aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:
-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm və IBAnking sistemlərinə qoşulma, onlardan istifadə tamamilə pulsuzdur.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank
App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az
Məlumat üçün bildirək ki, bu hələ son deyil. Belə ki, Bank sözügedən xidmətlərin istifadəçilərini yeni funksiyalarla daha da sevindirməkdə davam edəcək.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)



