Göyçaydan Rusiyaya ixracı başladı - 50 TON GÖNDƏRİLİB
Göyçay rayonunda xurma yığımına start verilib və ilk günlərdən istehsal olunan məhsul Rusiya bazarlarına çıxarılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə bağlarda bol xurma yetişdirilib. Rayonda kütləvi yığım kampaniyasına hər il oktyabrın birinci ongünlüyündən başlansa da, artıq bir neçə gündür ki, əksər ərazi vahidlərində xurma yığılır və tədarük olunan meyvə birbaşa Rusiya bazarlarına göndərilir. Hələlik Rusiyaya 50 ton xurma ixrac olunub.
95 FAİZİ RUSİYA VƏ UKRAYNAYA GÖNDƏRİLƏCƏK
Qeyd edək ki, Göyçayda, ümumilikdə, 6031 hektar meyvə bağları var. Bunun 1417 hektarı xurma bağıdır. Son illər bu sahəyə maraq artmaqdadır. Belə ki, son iki ildə rayon ərazisində 200 hektarda yeni xurma bağları salınıb. Xurma bağları əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağac, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il bağlardan 18863,5 ton məhsul götürən bağbanlar cari ildə istehsalın 19 min tondan çox olacağını proqnozlaşdırırlar. Hər il olduğu kimi, bu il də yığılan məhsulun 95 faizi Rusiya, habelə Ukrayna bazarlarına göndəriləcək.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
33 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
















.jpg)

