"Bazarda qıtlıq yaranır, Yeni İldə 100 dollara qalxacaq"
Əmtəə ticarəti şirkətləri "Trafigura" və "Mercuria", İrana tətbiq olunan Amerika sanksiyalarının təsirini hiss etdirməyə başlaması ilə, neft qiymətlərinin bu ilin sonunda ya da 2019-cu ilin əvvəlində 100 dollara yüksələcəyi xəbərdarlığını ediblər. Qlobal tələbat ilk dəfə gündəlik 100 milyon barrelə yaxınlaşdığı bir vaxtda, Venesuela, Liviya və Nigeriyada hasilatın azalması bazarda qıtlığa gətirib çıxarır.
"Marja" xəbər veri ki, Sinqapurda bu gün başlamış Asiya-Sakit Okean Neft Konfransında iştirak edən "Mercuria"nın sədri Daniel Jaeggi, bu ilin dördüncü rübünün sonuna qədər ABŞ sanksiyaları səbəbindən bazarda gündəlik 2 milyon barelə yaxın neft kəsirinin yaranacağını və bunun xam neftin qiymətlərini 100 dollara qaldıracağını deyib.
Jaeggi, "İrana tətbiq ediləcək sanksiyaların sərtliyinə və müddətinə bağlı olaraq, 2018-ci ilin 4-cü rübündə əhəmiyyətli bir volatillik görməyimiz yaxındır" - deyib.
Onun sözlərinə görə, bazarlar gündəlik 2 milyon barreli kəsirə qarşılıq verə biləcək yetərli təklifə malik deyil: "ABŞ İrana qarşı maliyyə sanksiyaları tətbiq edib və 4 Noyabrdan etibarən də bu ölkənin neft ixracını hədəf alan sanksiyaları başlayacaq. Eyni zamanda rəsmi Vaşinqton, digər ölkələrə də, İrandan xam neft idxalına son vermələri üçün təzyiq göstərir".
"Trafigura" şirkətinin neft ticarəti üzrə həmsədri Ben Luckock, xam neft qiymətlərinin Milada qədər 90 dollara, yeni ilə qədər 100 dollara qalxacağını söyləyib.
Milad bayramı 25 dekabrda keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















