"Fermerin ən çox üzləşdiyi problem satış yeridir"
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova Şirkətin fəaliyyəti və “Kənddən Şəhərə” layihəsi barədə təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi qurumun əsas məqsədinin fermerlərin məhsullarının ölkə daxilində və xaricində satışını həyata keçirmək olduğunu diqqətə çatdırıb:
"Fermerlərin hər zaman ciddi şəkildə dəstəyə ehtiyacları var. Bizim məqsədimiz, xüsusilə, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmək, onların müraciətlərinə əsasən müştəri tapmaqdır. Bizə müraciət edən bütün fermerlərə lazımi köməyi göstərməyə çalışırıq. Yeni yarandığımız üçün hazırda fəaliyyətimizi əsasən ölkə daxilində satış imkanlarının artırılması istiqamətinə yönəltmişik. Paralel olaraq mümkün xarici bazarların da araşdırmasını aparırıq.”
Üç aylıq fəaliyyəti dövründə Şirkət nümayəndələrinin regionlarda fermerlərlə görüşdüyünü, onların qarşılaşdıqları problemlərlə yerində maraqlandıqlarını diqqətə çatdıran Leyla Məmmədova Şirkətə edilən müraciətlərin böyük qisminin müsbət həllini tapdığını bildirib:
“Bu müddət ərzində 150-dən çox fermerlərlə görüşmüşük. 200-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin təxminən 70 faizinin, daha dəqiq desək 138 müraciətin müsbət həllinə nail olmuşuq. Bu istiqamətdə fəaliyyətimizi artan templə davam etdirmək əzmindəyik.”
Kiçik və orta fermer təsərrüfatı sahiblərinin ən çox üzləşdiyi problemin məhsul satışını həyata keçirəcəkləri yerlə bağlı olduğunu deyən Leyla Məmmədova bu gün təqdimatı gerçəkləşən “Kənddən şəhərə” layihəsinin bu problemin azaldılması üçün bir addım olacağını bildirib:
“Bu gün təqdimatını etdiyimiz “Kənddən şəhərə” layihəsinin tərkib hissəsi olaraq şəhərin müxtəlif məkanlarında kənd təsərrüfatı məhsullarının satılacağı mağazalar şəbəkəsi istifadəyə veriləcək. İlk belə mağazanın açılışı oktyabr ayının sonlarında baş tutacaq. Mağaza həm kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına, həm də əhalinin keyfiyyətli və təbii məhsullarla təmin olunmasına xidmət edəcək.”
Görüşdə iştirak edən sahibkarlar Dövlət Aqrar Ticarət Şirkətinin yaranmasının onların da fəaliyyətinə bir təkan olacağını və qarşılıqlı əməkdaşlığa hazır olduqlarını bildirib, Şirkətin fəaliyyətinə uğurlar arzulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
27 d. əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 41 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
1 saat əvvəl
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
3 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Ən çox oxunanlar
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu







.jpg)






.jpg)






