Saxta əlillik təyinatları ləğv edilir - YENİ QƏRAR VERİLDİ
Əlilliyin təyinatı və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupunun növbəti iclası keçirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə aparılan islahatların mühüm hədəflərindən birinin də tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi olduğunu vurğulayıb.
Nazir bildirib ki, görülən işlər çərçivəsində əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərinin potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmin şəxslərin reabilitasiyasında müsbət nəticələrin əldə olunması üçün bərpa mərkəzlərinin imkanlarının artırılması təmin olunacaq. Bununla bağlı reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır. S.Babayev, eyni zamanda, yaxın illərdə ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.
Yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda fərdi reabilitasiya proqramının icrasının xüsusi yer tutduğunu qeyd edən nazir ümumilikdə bu qanunda əksini tapan bir sıra məsələlərlə bağlı konkret icra prosedurlarını müəyyən edən Qaydaların hazırlanması işlərinə başlandığını deyib. O, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması sahəsində işçi qrupu tərəfindən aparılan işlərin sürətləndirilməli olduğunu diqqətə çatdırıb.
İclasda işçi qrupunun gördüyü işlərin nəticələri, həmçinin cari ilin ilk yarımilində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş I qrup əlillik təyinatları üzrə Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə aparılan araşdırmaların yekunları barədə məlumat verilib. Risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında yanlış əlillik təyinatlarının ləğv edildiyi və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib.
İclasda bu ilin ilk yarımili ərzində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş II və III dərəcə əlillik təyinatları üzrə araşdırmaların aparılması qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
28 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)





.jpg)






