"İranda ixracdan əldə edilən 40 milyard dolların yarısı bazara girmir"
İran Prezidenti Həsən Ruhani, ölkəsinin neft xaric olmaqla 40 milyard dollarlıq məhsullar ixrac etdiyini, ancaq bunun 20 milyard dollarının bazara daxil olmadığını deyib.
"Marja" xəbər verir ki, Ruhani, paytaxt Tehranda, 1981-ci ildə sui-qəsdlə öldürülən sabiq İran Prezidenti Məhəmməd Əli Recainin anım mərasimində çıxış edib.
İranda baş verən iqtisadi problemin tamamilə ABŞ sanksiyalarından qaynaqlanmadığını qeyd edən Ruhani, qeyri-neft ixracdan əldə edilən 40 milyard dollardan 20 milyard dolların bazara daxil olmadığını bildirib.
İxrac məhsullarından əldə edilən gəliri bazara çıxarmayan şirkətlərdən bəzilərinin dövlət-özəl qurumları olduğunu bildirən Ruhani, bunun "dövlətə xəyanət" olduğunu və bu məsələdə etinasız olanların əvvəl vəzifələrindən azad ediləcəyini, sonra da haqlarında cinayət işi açılacağını bildirib.
Ruhani, hökumət olaraq e-dövlətə keçərək şəffaflıq təmin edəcəklərini dilə gətirib.
"ABŞ qılınc çəkməsəydi, bizim də başqa sözümüz olardı"
ABŞ-ın İrana qarşı iqtisadi və psixoloji bir müharibə başlatdığını qeyd edən Ruhani, "rəqabət və intiqam vaxtı" olmadığını bildirərək İranlı bütün tərəflərin birlikdə hərəkət etməsini istəyib.
ABŞ-ın iqtisadi sanksiyalar ilə xalqı küçəyə çıxararaq İranın təslim olmasını qarşısına məqsəd qoyduğunu bildirən Ruhani, danışıqlara dair də bu ifadələri işlədib:
"ABŞ bir tərəfdən müzakirə üçün müxtəlif kanallarla mesaj göndərir, digər tərəfdən də İran xalqına təzyiq göstərir. ABŞ dürüst isə və İran xalqının dostu isə niyə xalqa təzyiqi artırır? Əgər ABŞ qılınc çəkməsəydi, bizim də başqa bir sözümüz olardı. Amma bu gün müharibədəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI



















