
Çin "Azərsun"dan 10 ton yağ alır

Sentyabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair Mətbuat Konfransı keçirilib.
Qeyd edilib ki, Azərbaycan sahibkarlarının “6-cı Çin-Avrasiya” sərgisində iştirakı da belə tədbirlərdəndir. Avqustun 29-dan sentyabrın 2-dək davam edən sərgidə Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları ”Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. 21 Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb. Belə ki, Göygöl Şərab Zavodu və Çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Sincan Ticarət Kommersiya şirkəti ilə 4,5 ton Azərbaycan limonadının ixracına dair razılığa gəlinib.
Azərbaycanın “Gilan” şirkəti Çinin “Fenglian” şirkəti ilə müxtəlif növ kompot və meyvə şirələrinin satışına dair razılıq əldə edib.
Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi, zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılığa gəlinib.
Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin “Hans Zhou”, “TİAN SHENG HOLDİNGS”, “BEİJİNG REVİEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb.
Azərbaycanın “Eco-Dry” şirkəti isə alma qurusunun ixracına dair anlaşıb. Sərgi çərçivəsində ümumilikdə 14 razılıq əldə olunub.
Mətbuat konfransında bildirilib ki “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən 29 avqust - 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə ixrac missiyası təşkil edilib. Azərbaycan iş adamları Çinli həmkarları ilə əməkdaşlıq imkanlarına, yerli məhsullarımızın Çinə ixracına dair müzakirələr aparıb, potensial müştərilərlə ikitərəfli görüşlər keçiriblər. İxrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olub. Qeyd olunub ki, bu Çinə sayca 4-cü və ümumilikdə isə xarici ölkələrə təşkil edilən 16-cı ixrac missiyasıdır.
Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycan məhsullarının, o cümlədən şərab və digər spirtli içkilərin Çinə ixracının artırılması və istehsalın stimullaşdırılması məqsədi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 2-də Çinin Urumçi şəhərində Azərbaycan Şərab evi açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.
Qeyd edək ki, Azərbaycan Şərab Evi” Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.
Tədbir iştirakçılarına məlumat verilib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
7 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
8 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
