Hesab.az portalında yeniliklər müzakirələrə səbəb olub - YENİLƏNİB

Bu yaxnlarda Hesab.az portalı yenilənib.
“Marja” Facebook sosial şəbəkəsində aparılan müzakirələrə istinadən xəbər verir ki, portalın yeni dizaynı bir sıra istifadəçilər tərəfindən müsbət qarşılanmayıb. Rəqabətin artdığı bir dövrdə, Hesab.az-ın istifadəçiləri başqa bir ödəmə portalından istifadə edə biləcəklərini qeyd edirlər. Bu ssenari "QoldenPay" şirkətinə böyük zərbə vura bilər.
İstifadəçi Ziya Mahmudov yazıb ki, portalın interfeysindən razı deyil:
“5 ildən çoxdur Sizin istifadəçiyəm. Razı, çox razı, normal olan dövrlərim olub. Ancaq heç bir zaman, heç vaxt bu qədər Sizin xidmətdən bezməmişdim! Dostlar, Sizin yeni interfeysinizi Sizin düşmənləriniz hazırlayıb? Yoxsa bu interfeysin tenderini mərcdə uduzmusunuz? Düz 2 aydır əziyyət çəkirik və heçnə xeyir tərəfə dəyişmir. Yəni, hər bir xidmət saytı istifadəçi dostu (userfriendly) olmalıdır. Ancaq Sizdəki bu sonuncu dəyişiklik istifadəçilərə yönəlmiş deyil, sayt dizaynerinin şəxsi, Sizə ziyan olan ideya və fantaziyaları kimi görünür. Desktop versiyasında, mobil versiyada çalışmayan nə qədər şey qalıb... O qədər narahat, o qədər əziyyətlidir ki,...
İstəmirsinizsə Hesab.az-dan ödəniş etməyək: problem deyil, ancaq ilk günlərdən bu saytın istifadəçisi və dəstəkçisi olan bir adam kimi bu hala biganə qalmaq istəmədim”.
Sosial şəbəkə istifadəçisi Royal Cəfərov, Fərid Məhərrəmov, Ruhangiz Seyidova, Vüsal Məmmədov, Tofiq Abbasov və digərləri də Hesab.az-ın yeni dizaynının istifadəçi dostu olmadığını və tez-tez texniki problemlər ilə qarşılaşdıqlarını qeyd ediblər.
"İRADLAR YENİLİYƏ OLAN MÜQAVİMƏTDİR"
Portalın yaradıcısı olan və hazırda şirkətə rəhbərlik etməyən Fərid İsmayılzadə iradlara cavab verərək qeyd edib ki, etirazlar istifadəçilərin yeni dizayna öyrəşməmələri ilə bağlıdır:
“Hesab.az 2009-cu ildə yazılıb və istifadə olunan texnologiya çox köhnə idi. Portalı yeniləmək lazım idi. Düşündük ki, istifadəçilər borclarını mobil tətbiqdə və veb versiyada “Dashboard”da görsünlər. Pis etdik? Bütün borclar həmən görünür. Sonra dedik ki, sağ menyuda bütün modulları əlavə edək. İndi kartları əlavə etməklə avtomatik ödənişlər edirsən. Yüzlərlə yeni funksiyalar var. Axı nədən narazısınız?! Sizə elə gəlmir ki, sadəcə yeni sayta öyrəşə bilmirsiniz? Hesab.az-da edilmiş hər bir yenilik istifadəçilər üçündür. Mən hesab edirəm ki, iradlar yeniliyə olan müqavimətdir. Əminliklə deyə bilərəm ki, 1-2 ay sonra yeni dizayn istifadəçilərə adi gələcəkdir”.
Fərid İsmayılzadə əlavə edib ki, sistem tamamilə yenidir, hazırda da miqrasiya gedir: "Cəmi 20 gün keçib. Hər gün yenilənmə davam edir. Qısa müddətdə sistemi sabitləşdirməyə çalışırlar. Qüsurların olması normal haldır. Az olub ki, avtomobil buraxıldıqdan bir müddət sonra servislərə geri çağrılıblar?”.
Hesab tarixçəsinin görünməməsi, sistemin tez-tez parol və şifrənin düzgün olmadığını göstərməsi qarşıya çıxan problemlərdən bir neçəsidir.
Portaldan bildirilib ki, texniki problemlər müvəqqətidir, yaxın zamanda tam olaraq bərpa olunacaqdır.
"ƏLAQƏ SAXLANIB, PROBLEM DƏRHAL HƏLL OLUNUB"
"QoldenPey" şirkətinin Marketinq və Məhsulun İnkişafı üzrə departamentinin baş direktoru Tugba Ucar "Marja"ya bildirdi ki, adı çəkilən istifadəçi ilə şəxsən əlaqə yaradılıb və yaranan problem anında həll olunub.
Həmçinin Tugba Ucar onu da qeyd etdi ki, Hesab.az komandası başda şirkətin İdarə Heyətinin sədri Naina Mehtiyeva olmaqla yaranan bütün məsələləri daim izləyib istifadəçilərə tez bir zamanda köməklik göstərir. Günü gündən yenilənən hesab.az yaxında bütün istifadəçiləri razı salacaq şəkildə fəaliyyət göstərəcək.
Tugba Ucar qeyd edib ki, Hər bir yeniliyə alışma müddəti müəyyən zaman alır və bu yeniliklər istifadəçiləri iki cəbhəyə bölür. Yeni Hesab.az platforması haqqında sosial şəbəkələrdə yazılan müsbət rəylər də buna nümunədir.
Sosial şəbəkədə müsbət fikir yazanlar Hesab.az-ın yeni mobil aplikasiyasını (Mobil tətbiqini) çox bəyəndiklərini və ödənişlərin rahat olduğunu qeyd ediblər.
Məsələn, “Mobil tətbiqiniz çox əla işləyir yenilənəndən sonra daha da sürətli işləyir”, - Facebook-da Rovshan İsayev yazıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
