Tramp: Texnologiya şirkətləri antiinhisar qanunlarına ilişə bilərlər
ABŞ Prezidenti Donald Tramp, texnologiya şirkətlərini tənqid edərək, anti-inhisar qanunlarına ilişə biləcəklərini deyib. Eyni zamanda Tramp, bu şirkətlərin bölünüb-bölünməməsi lazım olduğuna dair açıq şərh verməyəcəyini təkrarlayıb.
Tramp, "Bloomberg News"a verdiyi müsahibədə "Amazon, Facebook, onun və ya bunun bölünməsini şərh etməyəcəyəm. Amma bildiyiniz kimi, bir çox adam bu şirkətlərin ciddi bir monopoliya olduğunu düşünür. Amma şərh verməyəcəm",- deyib.
ABŞ Prezidenti Google-a qarşı tənqidini üçüncü dəfə təkrarlayaraq "Alphabet-in Google-ı tərəfindən mühafizəkarlar çox haqsız rəftar gördü. Bu, etdikləri şey həqiqətən çox pisdir",- deyib.
Trampın texnologiya şirkətlərinə yönəlmiş tənqidləri Çərşənbə axşamı günü başlayıb. ABŞ Prezidenti, Google-ın xəbər axtarışlarında liberal olanları ön plana çıxardığını, mühafizəkarların isə alt səhifələrdə qaldığını iddia edərək, "Bu daha sonra məşğul olacağımız çox ciddi bir vəziyyətdir" şəklində bir tweet paylaşımışdı.
Sonra isə Tramp, Google, Facebook, Twitter-in "çox problemli bir ərazidə gəzdiyini" demişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























