8 milyarddan 5 milyard manatlara düşdü
31 Dekabr 2016-cı il tarixinə bankların ev təsərrüfatlarına verdiyi kreditlər (istehlak kreditləri) 5 milyard 858,7 milyon manat təşkil edib. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 2 milyard 525 milyon manat və ya 30,1% azdır. 2015-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlərin məbləği 8 milyard 383,6 milyon manat idi. Qeyd edək ki, 2015-ci ilin 5 ayında istehlak kreditlərinin məbləği 8 milyard manatdan çox olub.
Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən 35,6%-ə düşüb.
Qeyd edək ki, ipoteka kreditləri daxil daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər də ev təsərüfatlarına verilən kreditlərə daxil edilir. Əslində istehlak kreditlərində daha kəskin azalmanı ipoteka kreditlərinin artımı bir qədər kompensasiya edib. Belə ki, 5 milyard 858,7 milyon manat istehlak kreditlərinin 1 milyard 703,5 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 161,1 milyon manat artıb.
İstehlak kreditləri - avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.
Qeyd edək ki, 31 Dekabr 2016-cı il tarixinə cəmi kredit qoyuluşları 16 milyard 444,6 milyon manat təşkil edib. Kredit qoyuluşlarının 1 milyard 472,6 milyon manatının və ya 9%-nin ödəmə vaxtı keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb




















