Maaşını həyat sığortasına köçürənlər artır - DÖVLƏTƏ ÖDƏNİLƏN SİZƏ QALIR

2018-ci ilin 7 ayı ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası üzrə 185 milyon 169 min manat , icbari həyat sığortası üzrə 23 milyon 777 min manat sığorta haqları toplanıb (cəmi 208 milyon 946 min manat).
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortası üzrə toplanmış sığorta haqlarının 152 milyon 882 min manatı və ya 83%-i həyatın yaşam sığortası (yığım sığortası) payına düşüb. 2017-ci ilin 7 ayı ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 73 milyon 111 min manat və ya 92% artıb.
Cari ilin 7 ayı ərzində həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 61 milyon 798 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 67 milyon 865 min manat təşkil etmişdi.
Həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 2 dəfə artıb. Belə ki, ötən ilin 7 ayı ərzində toplanmış sığorta haqları 15 milyon 580 min manat ikən, bu ilin eyni dövründə 30 milyon 306 min manata yüksəlib.
2018-ci ilin yanvar-iyul dövründə əmək qabiliyyətinin sığortası üzrə 1 milyon 923 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə isə 57,3 min manat sığorta haqqı toplanıb.
İcbari həyat sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə toplanmış sığorta haqları isə 10,1% artıb. Ötən ilin 7 ayı ərzində icbari həyat sığortası üzrə 21 milyon 595 min manat sığorta haqqı toplanmışdı.
2018-ci ilin yanvar-iyul ayları üzrə, min manatla | Toplanmış sığorta haqları | Sığorta ödənişləri |
Həyat sığortası üzrə, o cümlədən: | 185 169,3 | 62 643,4 |
həyatın yaşam sığortası | 152 882,5 | 61 798,1 |
həyatın ölüm halından sığortası | 30 306,2 | 845,3 |
əmək qabiliyyətinin sığortası | 1 923,3 | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 57,3 | 0,0 |
annuitet sığortası | 0,0 | 0,0
|
80%-İ "PAŞA HƏYAT" TƏRƏFİNDƏN TOPLANIB
Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir. 2018-ci ilin 7 ayı ərzində “Paşa Həyat Sığorta” tərəfindən 167 milyon 728 min manat (həyat sığortası bazarının 80%-nə qarşılıq gəlir), “Atəşgah Həyat Sığorta” tərəfindən 32 milyon 121 min manat, “Qala Həyat Sığorta” şirkəti tərəfindən isə 9 milyon 96 min manat sığorta haqları toplanıb.
3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR?
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat sonra
-
9 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 31 d. əvvəl
-
1 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
1 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
2 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
3 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
3 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

İşçilərin gəlir vergisi üzrə güzəştlərin müddəti başa çatır - "Bu 7 illik güzəşt dövrünün sonu deməkdir"

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
Ən çox oxunanlar

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti
